IQNA

7:37 - October 20, 2020
Xəbər sayı: 3488406
Tehran (IQNA) - Sultan Süleymanın istəyi ilə tikilmiş bu məscid əsrlər boyu öz əzəmətini qorumuş və hazırda İstambul şəhərinin ən gözəl binalarından və turistlərin diqqətini cəlb edən yerlərdən biridir.

İstambulun Süleymaniyyə məscidi Osmanlı imperiyası zamanında yaşamış Memar Sinanın şah əsəri sayılır.

Bu binanın tikildiyi tarixdən 463 il keçməsinə rəğmən hələ də şəhərin gözəl və bənzərsiz tarixi tikililərindən biridir.

Osmanlı imperiyasının 10-cu padşahı Sultan Süleyman Qanuninin göstərişi ilə Memar Sinan tərəfindən 1550-ci ildə bu məscidin inşasına başlanılır.

Məscidin tikintisi 1557-ci ildə başa çatır və həmin ilin Oktyabr ayının 15-də istifadəyə verilir.

Bu məscid əsrlər boyu öz əzəmətini qorumuş və hazırda İstambul şəhərinin ən gözəl binalarından və turistlərin diqqətini cəlb edən yerlərdən biridir.

Osmanlı imperatorluğunun ən əhəmiyyətli tikilisi hesab edilən bu məscidin tərkibində mədrəsə və kitabxanada da var.

Osmanlı dövrünün tarixçisi İbrahim Bəçəvinin rəvayətinə əsasən məscidin tikintisində 3200 kq qızıl xərclənib. Tikintidə 3532 nəfər işçi qüvvəsi işləyib.  /3929514

 
Ad:
E-poçt:
* Comment:
* captcha: