IQNA

8:15 - October 22, 2020
Xəbər sayı: 3488421
İmam Hüseynin (ə) mütəhhər hərəminin yaxınlığındakı küçələr yenidən qurulur. İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin şəhid olduğu məqamına aparan küçənin yenidən qurulması işləri başa çatdırılıb.

İmam Hüseynin (ə) mütəhhər hərəminin yaxınlığındakı küçələr yenidən qurulur. İmam Hüseynin (ə) türbəsinin Köhnə Şəhər Xidmətləri İşləri və Müəqddəs Ziyarətgaha şöbəsi bu bazarların irs xüsusiyyətlərini qorumaqla yanaşı şəhər sakinlərinə və qonaqlarına müxtəlif xidmətlər göstərmək məqsədi ilə müqəddəs ziyarətgahın yaxınlığındakı küçələrin birinin yenidən qurulması üzərində işlərini davam etdirir.

Şöbənin müdiri Nafeh Əl-Xəfaci layihə ilə bağlı bunları deyib: “Şöbəmizin işçiləri İmam Hüseynin (ə) ziyarətgahının yaxınlığındakı küçə və xiyabanları canlandırmaq və yeniləmək üçün işlərini davam etdirirlər. İndi Kərbəla şəhidi “Körpə Abdullah” məqamına gedən xiyabanın və Sidra küçəsi tərəfdəki Bab Əl-Salamah bazarının yenidən qurulması üçün işlər aparılır.

İşçilərimiz hazırda zədələnmiş və köhnəlmiş plitələri işlərin birinci mərhələsi olaraq görür və bu xiyabanı müasir şəkildə yenidən qurulması və bərpası üçün hazırlayırlar”.

O, həmçinin bildirib ki, Əli Əkbər bin İmam Hüseynin (ə) məqamına aparan küçənin yenidən qurulması işləri başa çatdırılıb. / Deyerler.org

Kərbəlada Həzrət Əli Əkbər (ə) məqamına gedən küçə yenidən quruldu | Foto

Ad:
E-poçt:
* Comment:
* captcha: