IQNA

Ayətullah Xamenei Höccətul-İslam Fazilyanın vəfatı münasibəti ilə başsağlığı verib

8:09 - October 28, 2020
Xəbər sayı: 3488473
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei dəyərli alim mərhum höccətül-islam Seyid Rza Fazilyanın vəfatı münasibətilə başsağlığı verib.

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları dəyərli alim mərhum höccətül-islam Seyid Rza Fazilyanın vəfatı münasibətilə başsağlığı verib.
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Cənab höccətül-İslam Seyid Rza Fazilyanın vəfatı münasibətilə onu sevənlərə,  yaxınlarına, ailəsinə və  şagirdlərinə xüsusi ilə  Həmədan əyalətinin əhalisinə başsağlığı deyirəm. 
Bu inqilabçı  ruhani İnqilab və müharibə dövründə və bütün dövrlərdə həmişə mehriban ata kimi mücahid və fədakar gənclərə ümid verib və xalq hərəkatına dəstək olub.
Həm Həmədan və həmdə Məlayir şəhərində İmam Cümə olduğu dövrdə  xalqın qəbul etdiyi və sevdiyi bir ruhani olaraq  həmişə onların siyasi və mənəvi yolgöstərəni olub. 
Uca Yaradandan o mərhum üçün rəhmətini və ən yüksək dərəcələri verməsini və yaxınlarına səbr diləyirəm!"
Qeyd edək ki,  höccətül-islam Seyid Rza Fazillyan ötən gün 92 yaşında  vəfat edib. 
captcha