IQNA

Ali Məqamlı rəhbərin müşaviri: Qarabağ münaqişəsinin əsaslı həlli işğal olunmuş torpaqların boşaldılmasıdır

11:22 - November 01, 2020
Xəbər sayı: 3488521
İran İslam İnqilabının rəhbəri və müsəlmanların ali dini lideri Ayətullah Üzma Seyyid Əli Xameneyinin siyasi müşaviri Əli Əkbər Vilayəti növbəti dəfə Qarabağ münaqişəsi barədə açıqlama verib.

İran İslam İnqilabının rəhbəri və müsəlmanların ali dini lideri Ayətullah Üzma Seyyid Əli Xameneyinin siyasi müşaviri Əli Əkbər Vilayəti növbəti dəfə Qarabağ münaqişəsi barədə açıqlama verib.

Əli Əkbər vilayəti Təbriz universitetində keçirilən “Şəhid Qazi Təbatəbayi” xatirə mərasiminə videokonfrans vasitəsi ilə qoşularaq çıxış edib.

Siyasətçi son zamanlar Fransada Məhəmməd peyğəmbərə (s) və müsəlmanlara qarşı edilən hörmətsizlikləri qınayaraq prezident Makronu sionistlərin əlaltısı adlandırıb.

Daha sonra çıxışında Qarabağ münaqişəsinə toxunan Vilayəti, münaqişənin siyasi yolla həllinin tapılacağına ümid etdiyini bildirib.

“Bu münaqişənin əsaslı həll yolu budur ki, işğal olunmuş torpaqlar boşaldılsın, Azərbaycan xalqı öz sərhədlərinə hakim olsunlar. Ermənistan da bu barədə səy göstərməlidir” deyə ali müşavir bildirib. / salamnews

captcha