IQNA

İƏT sionist İsrail rejiminin fələstinlilərin evlərini dağıtmasını pisləyib

22:50 - November 10, 2020
Xəbər sayı: 3488590
İƏT beynəlxalq ictimaiyyətdən istəyib ki, işğalçı İsrail rejiminə Fələstinin müxtəlif bölgələrinə təcavüz və cinayətlərini dayandırmaq üçün təzyiq göstərsinlər və Fələstin xalqını dəstəkləsinlər.
İslam Əmək Təşkilatı (İƏT)  sionist İsrail rejiminin fələstinlilərin evlərini dağıtmasını  pisləyib. 
İƏT yayımladığı bəyanatda onlarla fələstinlinin evlərindən didərgin düşməsinə səbəb olan işğalçı İsrail rejiminin  bu addımını etnik təmizləmə adlandırıb. 
İƏT  sionist rejimin yəhudi yaşayış məntələrinin genişləndirilməsi  çərçivəsində müxtəlif bəhanələrlə fələstinlilərin evlərini dağıtmasını  beynəlxalq hüquq və BMT razılaşmalarının zidd  olduğunu vurğulayıb. 
İƏT beynəlxalq ictimaiyyətdən istəyib ki,  işğalçı İsrail rejiminə  Fələstinin müxtəlif bölgələrində  etdiyi bu təcavüz və cinayətlərini dayandırmaq üçün təzyiq göstərsinlər və Fələstin xalqını dəstəkləsinlər. 
Qeyd edək ki, İsrail rejiminin ötən həftə İordaniyanın şimalında 41 uşaqlı 11 fələstinli ailəyə məxsus 70-dən çox evi və səhiyyə müəssisəsini dağıdaraq viran qoyub.
Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilir.
Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi cari ildə  fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb.
BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur. /3934404
captcha