İQNA-nın "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Perolin Fransa prezidenti Emmanuel Makron və hökumətinin cinayətə reaksiya verməklə, Fransa müsəlmanlarına qarşı qarayaxma kampaniyasını ikiqat artırdığını bildirib. Beynəlxalq Amnisitya təşkilatından olan mütəxəssis Fransa polisinin terrorçuluğa haqq qazandırmaq ittihamı ilə dörd nəfər 10 yaşlı uşağı bir neçə saat dindirdiyini bildirib.
Fransa parlamentində hazırda hüquq-mühafizə orqanlarının işçilərinin şəkillərinin sosial mediada istifadəsini cinayət məsuliyyətinə cəlb edən yeni qanunu müzakirə edir. Tədqiqatçı qeyd edir ki, fikir azadlığı hüququ başqalarını narahat edə biləcək, incidə biləcək və ya şoka sala biləcək ifadələri ehtiva edir və İslam Peyğəmbərinin (s) görüntülərinin göstərilməsi bu hüquqla qorunur.