IQNA

Gələcəyi görmək üçün Quran və ya hansısa kitabla fal açmağın hökmü nədir?

8:37 - November 29, 2020
1
Xəbər sayı: 3488738
Tehran (IQNA) - Bəzən hansısa iş barədə tərdid və şübhələri yox etmək, qarınlıq məqama aydınlıq gətirmək üçün cəmiyyətdə geniş yayılmış yollardan biri də Quran və ya hansısa kitabla fal açmaqdır.

Tehran (IQNA) - Bəzən hansısa iş barədə tərdid və şübhələri yox etmək, qarınlıq məqama aydınlıq gətirmək üçün cəmiyyətdə geniş yayılmış yollardan biri də Quran və ya hansısa kitab vasitəsi ilə fal açmaqdır.

Müsəlman və qeyri-müsəlman cəmiyyətlərdə çoxlu tərəfdarı olan bu işin etibarı varmı, bu fala inanmaq olarmı və İslam şəriəti baxımından bu əməlin hökmü nədir?

Bu sualı müsəlman dünyasının iki böyük təqlid mərcəsi aşağıdakı kimi cavablandırıblar.

 

Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei:

"Quran və ya hər hansısa bir kitabla fal açmağın (dini və elmi) etibarı yoxdur (, yəni alınan nəticə doğru sayılmır) və həmçinin rəmmal (rəml atan) və falçıya müraciət etmək də icazəli deyil."

 

Ayətullah Üzma Nasir Məkarim Şirazi:

"Quran və ya hansısa bir kitabla fal açmaq və gələcəyə baxmaq (öngörü) mötəbər sayılmır (elmi və dini baxımdan əsassız bir şeydir), hətta bu işi Quranla görməyin şəriət baxımından problemi vardır (, yəni günah sayıla və axirət əzabı ola bilər). Quranla təkcə (dində göstərilmiş) şərtlər və ədəbinə uyğun olaraq "istixarə" etmək olar".

 

P.S: İstixarə bir işdə Allahdan xeyir istəmək anlamını daşıyır. İnsan hansısa iş üçün istixarə edirsə, o işi görməyin ixtiyarı insanın öz əlində olmalıdır. Məsələn bir insan Bakı şəhərində dükan açmaq istəyir. Bu iş üçün onun iki seçimi var: Beynəlxalq Avtovağzal və 20 Yanvar Metrosu. Və hər iki seçim ona uyğun görünür. Amma hansının daha xeyirli olacağından nigarandır. Bu zaman Avtovağzal və ya Metro barədə Quranla istixarə edə bilər. Bu mənaya ki, hansı daha xeyirlidir.

Qeyri-müəyyən bir iş üçün Quran açmaq olmaz. Məsələn qürbətdə bir nəfər var, itkin bir nəfər var, o şəxs salamat dönəcək ya yox? Bu il evlənəcəm və ya ərə gedəcəm, ya yox? Allah mənə bu il övlad verəcəkmi? Bu kimi məsələlər fal açmaqdır və dini baxımdan əsassız və mənasızdır.

Seyyid Nadəli Övliyayi  

/3937087  

Teqlər: istixarə ، fal açmaq ، falçı
Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Azer
2
0
Salam Əleykum ,men bir işimin xeyrini öyrənmək istəyirəm necə istixarə edim? Bu necə fal sayılır?
captcha