IQNA

23:18 - November 29, 2020
Xəbər sayı: 3488743
Tehran (IQNA) -  İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) 47-ci ilcası təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı və Nigeriyanın Niyami şəhərinin evsahibliyi ilə keçirilib.

İclasda regionun və bütü dünyanın təhlükəsizliyini təhdid edən və sabitliyini pozan ən əsas amil kimi terrorizm göstərilib və terrorizmlə mübarizənin zəruriliyi vurğulanıb.

Müsəlman ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən iclasda bəzi qərb ölkələrinin İslam əleyhinə düşmən mövqe tutması və qərb ölkələri tərəfindən terrorizmin İslam dininə nisbət verilməsinə etiraz edilib.

"Sülh və inkişaf üçün terrorizm əleyhinə birlik" devizi ilə keçirilən iclasda İslam dünyasının əhəmiyyətli məsələləri, zorakılıq, radikallıq, islamofobiya, terrorizm, dinləri pisləmək kimi mövzular və Fələstin məsələsi müzakirə edilib və qərara alınıb ki, İƏT-ə üzv olmayan ölkələrdə İslami Cəmiyyətləri təsis edilsin və bu vasitə ilə dinlər və mədəniyyətlər arasında dialoq üçün zəmin yaradılsın.

İclas iştirakçıları terrorizmi dünyanın təhdid edən ən təhlükəli amil hesab edib və bildiriblər ki, terror fenomeninin heç bir məntiqi izahı yoxdur. Terrorizmi İslam və müsəlmanlara bağlamaq olmaz. Bu iddianı edənlər öz düşüncə tərzlərini islah etməlidirlər. Bir milyard 500 min müsəlmanın hislərini təhqir edənlər dini müqəddəsləri təhqir etməmək barədə götürdükləri beynəlxalq öhdəçiliyə sadiq qalmalıdırlar. BMT  bu barədə beynəlxalq qətnamə qəbul etməlidir ki, insanların dini müqəddəsləri təhqir edilməsin.

İclasda iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu son illərdə Avropda islmaofobiyanın, irqçiliyin və anti-miqrantlığın artmasına işarə edərək deyib: Avropanın agah və dərin dünyagörüşünə malik rəhbəri yoxdur. Onların bəziləri hətta özlərinə İslamı islah etmək cürətini də verirlər. Buna görə də qərb ölkələrində milyonlarla müsəlmanın təhlükəsizliyi və sülh içində yaşaması terrorizmlə mübarizə pərdəsi altında təhdid edilir.

Çavuşoğlu əlavə edib: Sionist rejimi ilə əlaqələrin adiləşdirilməsi regionu təhdid edən bir amildir. Bunun altında işğal edilmiş əraziləri genişləndirmək, bu yerlərdə qəsəbə salmaq və yəhudiləri yerləşdirmək və fiziki olaraq Fələstin dövlətini məhv etmək planı var.

O əlavə edib: Onlar elə təsəvvür edirlər ki, İƏT Fələstin məsələsini unutmaq üzərədir. Əgər təşkilata üzv ölkələr birliklərini gücləndirməsələr Fələstin amalının düşmənləri bundan sui-istifadə edə bilərlər. Əgər təşkilatın amalı uğurunda vəhdət yarada bilmiriksə, İslam ümməti və müsəlman cəmiyyətlərini necə müdafiə edə bilərik?

Çavuşoğlu vurğulayıb: Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan razılıq regionda daimi sülhün bərqərar edilməsi üçün mühüm bir addım idi. Gərək uyğurların, raxinlilrin, qibrislilərin, Cammu və Kəşmirdə yaşayan müsəlman qardaşlarımızın və həmçinin Avropada yaşayan müsəlmanların hüquqlarının bərpası üçün həmrəylik göstərək və səsimizi ucaldaq. /3937741

Ad:
E-poçt:
* Comment:
* captcha: