IQNA

21:03 - December 02, 2020
Xəbər sayı: 3488768
Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım deyib: “Sionist düşmənlə münasibətlərin normallaşmasının təhlükəli və fəlakətli nəticələrə səbəb olacağı əvvəldən məlum idi.

Bəhreyn Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım bu gün (2 dekabr) səhər verdiyi açıqlamasında, İsrail rejimi ilə münasibətləri normallaşdıran hərbçilərin alçaldılmasının razılaşmadan qısa müddət sonra ortaya çıxdığını söyləyib:

“Sionist düşmənlə münasibətlərin normallaşmasının təhlükəli və fəlakətli nəticələrə səbəb olacağı əvvəldən məlum idi.

Sionist rejimlə razılaşan rejimlərin alçaldılması xəyanət çekinin imzalanmasından qısa müddət sonra özünü göstərdi.

Normallaşanlar xalqlarına nifrət edir və aqibətlərinin ABŞ hökumətindən və sionistlərdən asılı olduğuna inanırlar”.

BƏƏ və Bəhreyn rejimi sentyabrın 15-i sionist rejimlə münasibətləri normallaşdırmaq üçün razılaşma imzalayıb. Fələstin qrupları və bölgə xalqları həmin razılaşmanı qınamış və bunun “Fələstin işinə arxadan vurulan xəncər” adlandırıb. /3938665

Ad:
E-poçt:
* Comment:
* captcha: