Ümrə Həcci mövsümü günləri başlayandan indiyədək Məkkə şəhərində yerləşən Kəbə evini (Məscidul-Haram) bir milyondan çox qadın ziyarət edib və ibadət mərasimlərini yerinə yetiriblər.
İki müqəddəs hərəmin (Məkkə və Mədinə) işlərinin baş idarəsinin "Qadınların İnkişaf İşləri Təşkilatı" elan edib: Məscidul-Həramda xanımların dini ayinləri və ümrə ziyarətini yerinə yetirmək üçün cari ilin (2020) Oktyabr ayının 4-dən hər bir şərait yaradılmışdır.
"Qadınların İnkişaf İşləri Təşkilatı"nın müşaviri Kamilya bin Məhəmməd elan edib: Ümrə həccinin ilk mərhələsində, Oktyabr ayının 4-8-dək 26 min 300 qadın zəvvar Həcc ayinlərini yetirinə yetirib.
Oktyabr ayının 18-dən 31-dək 326 min nəfər və Noyabr ayının əvvəlindən bu günədək 670 min nəfər qadın Məscidul-Həramı ziyarət edib. /3940899