IQNA

21:32 - December 24, 2020
Xəbər sayı: 3488915
"Sionist İsrail rejimi ilə münasibətləri normallaşdırmaq Fələstin xalqının mənafelərinə və ölkənin milli təhlükəsizliyinə zərər verən hərəkətdir", - deyə təşkilatın rəhbəri İsmail Haniyə bildirib.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi ofisinin rəhbəri  İsmail Haniyə bütün ərəb və müsəlman ölkələrini  saziş əleyinə vahid cəbhə yaratmağa çağırıb və bildirib ki, sionist rejim bütün müsəlman ümmətinin ilk düşməni olaraq qalacaq. 
İsmayil Haniyə 30-dan çox  müslman və ərəb ölkə rəhbərinə məktub yazaraq bildirib ki, sionist rejimlə saziş  Fələstin dəyərlərinə ağır bir təhlükədir və  Fələstin xalqının və İslam ümmətinin kürəyinə vurulan xəncərdir. 
"Sionist rejim ilə münasibətlərin adiləşdirilməsi  Ərəb ölkələrinin ən böyük siyasi səhvidir və Fələstin xalqının hüquqlarının ziyanınadır." 
İşğalçı İsrail rejimi ilə  münasibətlərin adiləşdirilməsini  İslam dünyasının sabitlik struktruunda böyük bir boşluq yaratdığını deyən İ.Haniyə qeyd edib ki, işğalçı sionist rejim  saziş yolu ilə  İslam ümmətinin  stratejik dərinliyinə nüfuz etmək istəyir. 
"Bu saziş və münasibətlərin adiləşdirməsindən yeganə faydalanan işğalçı  rejimdir.  Saziş edən ölkələrin bəhanələri  içi boş siyasi, humanitar və stratejik bəhanələrdir və heç bir dəyəri yoxdur."
İ.Haniyə münasibətlərin adiləşdirilməsindən işğalçı rejimin həqiqi məqsədləri və bu layihənin mahiyyətinin gec ya tez  hamı üçün aşkar olacağını bildirib.  /3943045
Ad:
E-poçt:
* Comment:
* captcha: