IQNA

23:23 - December 26, 2020
Xəbər sayı: 3488927
Tehran (IQNA) - BƏƏ-nin Şarcə əmirliyinin Quran Akademiyasının cari həftənin Cümə Axşamı günü (24 Dekabr 2020) bu əmirliyin hakiminin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Tehran (IQNA) - BƏƏ-nin Şarcə əmirliyinin Quran Akademiyasının cari həftənin Cümə Axşamı günü (24 Dekabr 2020) bu əmirliyin hakiminin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Şarcənin əmir və hakimi Sultan bin Məhəmməd əl-Qasimi açılış mərasimindəkı çıxışında deyib:

"Bu akademiyanın fəaliyyəti təkcə muzey, Quranın əlyazma nüsxələri və bu nüsxələrin fotolarında məhdud olmayacaq.

Bura Qurani-Kərimlə əlaqələri bütün fəaliyyətlərin mərkəzinə çeviriləcək.

Quran sahəsinin aktivistləri və maraqlıları burada Quran mövzularına aid müxtəlif toplantılar keçirə biləcəklər.

Bu akademiya dünyanın ən böyük Quran mərkəzidir ki, yeddi elmi və tarixi muzeyi ehtiva edir.

Bundan əlavə burada Məkkəş şəhərində yerləşən Hira mağarası simulyasiya edilmişdir ki, ziyarətçilər Quranın Peyğəmbərə nazil olma dastanı ilə tanış olsunlar.

Şarcənin hakimi vurğulayıb: Bu akademiyada dünyanın 101 müxtəlif ölkəsindən 323 qız və oğlan tələbə ali təhsil alıb. Onların 227 nəfəri 18 qarinin nəzarəti ilə Qurani-Kərimi əzbərləyib və bu barədə şəhadətnamə alıblar.

O əlavə edib: Bu tələbələr "əl-Müqrə" distant təhsil layihəsi çərçivəsində akademiyaya qəbul ediliblər. Onların arasında hətta Şimal Qütbündən də tələbə olması akademiyanın fəaliyyət dairəsinin genişliyinin göstəricisidir. /3943164

 
Ad:
E-poçt:
* Comment:
* captcha: