IQNA

23:07 - December 28, 2020
Xəbər sayı: 3488941
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bazar günü əl-Məyadin televiziyasının “İlin Dialoqu” proqramında bölgədəki və ölkədəki müxtəlif mövzular və inkişaflar barədə danışıb.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah bazar günü (27 dekabr) Əl-Məyadin televiziyasının “İlin Dialoqu” proqramında bölgədəki və ölkədəki müxtəlif mövzular və inkişaflar barədə danışıb.

Əl-Məyadin televiziyasının direktoru və şəbəkənin qurucusu Ğassan bin Cəddu bu reportajı Seyyid Həsən Nəsrullahla aparıb.

Söhbətin əvvəlində Seyid Həsən Nəsrullah Livandakı və dünyadakı bütün xristianları İsa (ə) Məsihin anadan olması münasibətilə təbrik edib və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri şəhid Hacı Qasım Süleymani və Əl-Həşduş Şəbi təşkilatının rəhbərinin müavini şəhid Əbu Mehdi Əl-Mühəndisin terror edilməsinin ildönümü münasibətilə başsağlığı verib.

 

ABŞ hərəkatları psixoloji müharibədir

Seyid Həsən Nəsrullah ABŞ-ın hazırkı prezidentinin önümüzdəki günlərdə hərəkətə keçməsi ehtimalı ilə əlaqədar verilən suala cavabında bunları deyib: “Bu mövzuda, xüsusən də Trampın böyük dəlilik şəxsiyyəti tipinə görə bütün imkanlar var, lakin bütün bu açıqlamalar və hərəkətlər, ABŞ və Sionist rejim arasında müqavimət oxuna qarşı psixoloji müharibə şəklindədir”.

Trampın qalan prezidentliyi müddətində ayıqlığın qorunmalı olduğunu söyləyən Seyid Həsən Nəsrullah, belə deyib: “Sionistlərin bu dövrdə bir media mübahisəsi aparması bu mübahisənin arxasında heç bir real hərəkət olmadığını göstərir.

Dəlillər göstərir ki, Tramp prezidentliyinin qalan günlərində hərəkətə keçəcək ... hakimiyyəti təhvil verərsə”.

Seyid Həsən Nəsrullah Hizbullah liderləri və komandirlərini hədəfə almağın ABŞ və sionist rejimin ortaq hədəfi olduğunu və son zamanlarda onun öldürülməsinin mümkünlüyü barədə xəbərdarlıq və iddiaların edildiyini söyləyib: “Həm şəhid general Süleymaninin terror edilməsindən əvvəl, həm sonra ABŞ və sionist rejimin hədəflərindən biri idim və prezident seçkilərindən əvvəl Trampın seçkilərə təsir göstərmək üçün belə tədbirlərə ehtiyacı olduğu üçün bu istiqamətdə səylər daha da gücləndi.

Hətta Səudiyyə rejimi də sui-qəsd etmək istəyənlər arasındadır və Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ-a səfəri zamanı onlardan onun üçün eyni şeyi etmələrini istədi. Əldə edilən məlumatlar göstərir ki, Səudiyyə rejimi uzun illərdir, xüsusən də Yəmənə qarşı müharibədən sonra mənim qətlimi təşviq edir.

Şəhid komandirlər Süleymaninin və Əl-Mühəndisin terror edilməsi, İmad Muğniyə və Möhsün Fəxrizadənin öldürülməsindən fərqli olaraq, açıq əməliyyat idi və bu sui-qəsd İsrail rejimi, ABŞ və Səudiyyə rejiminin üçtərəfli planının bir hissəsidir.

Şəhid Hacı Qasım Süleymaniyə sui-qəsd cinayəti təkcə amerikalıların günahı deyil, inanıram ki, Vaşinqtonu bu cinayətə təhrik etmək və aparmaq şəklində olsa da, İsrail rejimi və Səudiyyə rejimidə bu cinayətdə iştirak edib”.

 

Şəhid Süleymani xarizmatik şəxs idi və mən onun üçün darıxıram

Seyid Həsən Nəsrullah müsahibəsinin davamında belə danışıb: “Şəhid Süleymani insani və xarizmatik bir şəxsiyyətə sahib idi və onu tanımayanlara təsir etmək qabiliyyəti geniş idi.

Mən darıxıram. Bir çox yerdə, çətin günlərdə və bir çox işlərdə və məsələlərdə, sevinc və kədər günlərində onunla birlikdə yerini hiss edirəm və Hacı Qasımın şəhadətindən əvvəl onun üçün çox narahat idim və dəfələrlə xəbərdar etmişdim”.

Hizbullahın baş katibi şəhid Əl-Mühəndisin xarakteri barəsində isə bunları deyib: “Şəhid Süleymaniyə çox yaxın şəxsiyyətlərdən biri idi və general Süleymaninin tək şəhid olacağı təqdirdə şəhid Əl-Mühəndis bu hadisədən ən böyük təsir və kədər göstərənlər arasında olardı, çünki çox yaxın idilər.

Şəhid Əbu Məhdi, bir vaxtlar baş nazir vəzifəsinə namizəd fiqurlardan bir idi, ancaq meydanı seçdi.

Amerikalıların İraqı işğal etməsinə qarşı İraq müqavimətində şəhid Əl-Mühəndisin rolu böyük idi və onlar öz iradələri xaricində ölkəni tərk etmək məcburiyyətində qaldılar.

Bir çox çətin vəziyyətdə İraqı tərk etmək məcburiyyətində qaldılar və şəhid Süleymaniyə buna kömək etmələri üçün yalvardılar”.

 

Şəhid Süleymani və Qüds

Seyid Həsən Nəsrullah şəhid general Süleymaninin Qüds üçün etdiklərindən danışarkən bunları deyib: “Fələstin müqavimət qruplarını dəstəklədi və onları sionist düşmənə qarşı birləşdirdi.

Şəhid generalın bu qrupların silahla təchiz olunmasında və raket texnologiyalarının Qəzzaya verilməsində rolu böyük oldu”.

 

“Kornet”lər Hizbullah və HƏMAS-ın əlinə necə keçdi?

Hizbullahın baş katibi İsrail rejiminə qarşı müharibədə Rusiyanın “Kornet” raketlərini necə əldə etdiklrinə də toxunaraq, belə deyib: “Suriyanın Müdafiə Nazirliyi raketləri öz pulları ilə aldı və Hizbullah sionistlərə qarşı mübarizədə istifadə etdi. Şəhid general Süleymani bu raketlərin Qəzzadakı müqavimət qruplarına çatdırılmasını tələb edənlər arasında idi və heç vaxt müqavimət qruplarına dəstək olmaqda uğursuz olmadı.

Suriyanın prezidenti Bəşər Əsəd  Qəzzadakı HƏMAS və İslami Cihad hərəkatlarına Rusiya istehsalı olan raketlərin alınması və göndərilməsinə şəxsən razılıq verdi.

Hər kəs şəhid Hacı Qasım və İslam Respublikasındakı qardaşların da müqavimətə kömək etmək üçün diplomatik əlaqələrdən istifadə etdiklərini bilir. Məsələn, israillilər Qəzzaya göndərildikləri yerdə Sudandakı silah və sursat anbarlarını bombaladılar, sudanlılar bu barədə çox açıq danışmasa da, bunu israillilər etdi”.

Hizbullahın baş katibi daha sonra Fələstin məsələsinə və ərəb ölkələrinin buna qarşı mövqeyinə toxunaraq, bunları deyib: “Əvvəllər ərəb hökmdarlarının Fələstinə xəyanəti və sionist düşmən qarşısında bu İslam ərəb ölkəsini tərk etməsi sadəcə bir şayiə idi, ancaq real səhnədə heç bir şey görünmürdü, amma indi həqiqətlər aydındır və bu hökmdarlar bu rejimlə münasibətləri normallaşdırmağa başladılar. Təl-Əvivlə gizli bir əlaqələri var idi”.

 

Fələstin ərəb hökmdarları üçün bir yükdür

Səudiyyə rejimi və BƏƏ kimi ərəb ölkələrinin İsrail rejimi ilə münasibətdə olmasının əsaslandırması İrandır, amma həqiqət budur ki, Fələstin üzərilərindən atmaq istədikləri bir yükdür. Belə ki, onlar ABŞ-ın yolunu izləyirdilər və bu, təbii olaraq Tel-Əvivlə əməkdaşlığa və münasibətlərin normallaşmasına səbəb olurdu.

Hizbullah Ərəb ölkələri ilə sionist İsrail rejimi arasındakı münasibətlərin normallaşmasına bu obyektivdən baxır. Münafiqlik və riyakarlıq bazarı sona çatdı, xainlərin üzlərindən maskalar töküldü, sionistlərlə razılaşan rejimlərin gerçəkliyi və mahiyyəti aşkara çıxdı.

Bu gün danışmaq baxımından belə Fələstinin yanında olmaq pula başa gəlir. Vaxt var idi ki, amerikalılar və israillilər pərdə arxasında bəzi ərəb rejimlərinə (Fələstinə dəstək və İsrailə rejiminə qarşı) nə istəyirsiniz deyin. Ancaq bu gün vəziyyət dəyişdi. Müdafiə belə bir söz kimi pula başa gəlir.

Fələstinlilər Livandakı müqavimətin qardaşları və qohumları arasındadır və ürəkləri Hizbullahla döyünür, çünki işğal altındakı torpaqlarının azad edilməsi üçün bir ümid pəncərəsi yaratmağı ümid edirlər”.

 

HƏMAS və Suriya arasındakı münasibətlər normallaşmalıdır

Seyid Həsən Nəsrullah HƏMAS və Suriya hökuməti arasındakı əlaqələrə toxunaraq, bu əlaqələrin normallaşdırılmalı və əvvəlki vəziyyətə qaytarılmalı olduğunu, həmçinin HƏMAS rəsmiləri və liderlərinin Sionist rejimin Suriya bölgələrinə hava hücumlarına və son illərdəki bu hücumlara qarşı yaxşı açıqlamalar və mövqe göstərdiklərini və qınadıqlarını bildirib.

Hizbullahın baş katibi bəzi İslam ölkələrinin və partiyalarının İslam, Müsəlman və Fələstin məsələlərinə yanaşmasını tənqid edərək, belə deyib: “Səudiyyə rejimi HƏMAS-a təzyiq göstərir, çünki bu, Müsəlman Qardaşlarıdır, amma bütün bölgədə və dünyada qardaşlarla mübarizə aparan Səudiyyə rejimi və BƏƏ-dir. Necə olur ki, Yəməndəki İslah Partiyası (Müsəlman Qardaşları), Səna və Əbdülməlik Əl-Husi və Ənsarullaha qarşı öz sıralarında vuruşur? Bayraq altında kim mübarizə aparır? Səudiyyə rejiminin bayrağının altında və nəhayət amerikalıların bayrağı altında”.

 

Qəzzadakı təlimlər sionistləri qorxutdu

Seyid Həsən Nəsrullah Fələstin müqavimət qruplarının Qəzzadakı təlimləri haqqında da bunları söyləyib: “Bu təlim düşməni qorxudan və müqavimətin gücünü göstərən vacib addımdır. Şəhid Hacı Qasım və Qüds Qüvvələrinin müqavimət qruplarını dəstəkləmək üçün göstərdiyi səylər görünməkdən uzaq və pərdə arxasında idi”.

Hizbullahın baş katibi şəhid general Süleymaninin mediada görünməsini İŞİD-ə qarşı müharibə ilə əlaqələndirərək, belə izah edib: “Mediaya çıxması və şəhid general Süleymaninin İŞİD-lə mübarizənin ön cəbhəsində görünməsi qəsdən deyildi və təhlükəsizlik baxımından mən buna qarşı çıxdım, amma şəhid Hacı Qasımın rəyini eşidəndən sonra fikrim dəyişdi. İnanıram ki, bu gün bu məsələ müqavimətin lehinə oldu çünki İŞİD-ə qarşı kimin dayandığı bəlli idi”.

Seyid Həsən Nəsrullah şəhid komandir ilə İraqın dini rəhbərliyi arasındakı əlaqəni yüksək qiymətləndirib və bu əlaqənin xüsusilə vacib işlərdə və məsələlərdə aydın olduğunu söyləyib.

 

ABŞ-ın içi boş təhdidləri

Seyid Həsən Nəsrullah ABŞ işğalçıları və İŞİD qarşısında İraq müqavimətinin Qüds Qüvvələri və şəhid Süleymanidən real dəstək aldığını söyləyərək, belə deyib: “ABŞ ordusu şəhid Süleymani və Qüds Qüvvələrini İrandakı bazalarını hədəfə almaqla hədələdi və İraq müqavimətinə dəstək davam edildiyi təqdirdə, təhdidi həyata keçirəcəyini söylədilər. Ancaq bacarmadılar”.

 

Trampın iddialarına amerikalı generalın cavabı

Livanın Hizbullah hərəkatının baş katibi ABŞ prezidentinin şəhid general Süleymaninin terror edilməsinə bəraət qazandırmaq iddiasını rədd edərək, bu cür iddiaların həqiqətə uyğun olmadığını söyləyib və ABŞ ordusundakı afroamerikalı generallardan birinin şəhid general Süleymaninin qətlini belə tənqid etdiyini bildirib: “Cənab prezident, əsgərlərimiz kimsə onlara hücum etsə, İraqda nə edəcək? Orada işğalçı olduğumuz və işlərimizdə qətl və cinayət hadisələri yoxdur?”

Seyid Həsən Nəsrullah İraqın İŞİD-ə qarşı müqavimətinin rolunu vurğulayaraq, belə davam edib: “Müqavimət olmasaydı, İŞİD terror qruplaşması bölgədə nəzarəti ələ keçirərdi və ABŞ-ın Bağdaddakı səfirliyi İraqda hərtərəfli güc qazanacaqdı”.

 

Müqavimət oxu terrorla bitməyəcək və şəhidlərin qanı yerdə qalmayacaq

Hizbullahın lideri ABŞ-ın şəhid Süleymani və şəhid Əl-Mühəndisə qarşı edilən sui-qəsdin müqavimət oxuna son qoyacağına inanmadığını bildirərək, belə deyib: “Bu ox isə, bir və ya iki nəfərlə məhdudlaşmır və məhdudlaşmayacaq”.

Seyid Həsən Nəsrullah İraqdakı müqavimət şəhidlərinə sui-qəsd edənlərin mühakimə olunmasını tələb edib: “Şəhid Süleymaninin və şəhid Əl-Mühəndisin öldürülməsinin cavabı bu günün və sabahın məsələsidir. Onların qanı yerdə qalmayacaq.

Suriya və bu ölkənin böhranı üçün son illərdə Üçüncü Dünya müharibəsi ifadəsindən istifadə etdilər, səhv etmədilər, çünki bu ölkənin bölgədə və dünyada bir çox düşməni var idi və Suriyaya qarşı müharibə beynəlxalq və regional bir qərar idi. Müxalifət bu düşmənlərin vasitəsi idi və Suriyadakı vəziyyəti qiymətləndirmələri səhv idi. Suriya hökumətinin dialoq və həll təklifini rədd etdilər”.

 

Suriyada rejim dəyişikliyinin məqsədi

Seyid Həsən Nəsrullah Suriyadakı rejim dəyişikliyi səylərinin məqsədinin onu kövrək və zəif bir ordu ilə əvəz etmək, İsrail rejimi ilə barışmağa haqq qazandırmaq, işğal altındakı Qolan haqqından imtina etmək və ABŞ-la sakitləşdirmə siyasəti aparmaq olduğunu söyləyib: “ABŞ-ın İrana qarşı sanksiya və təhdidlərə qarşı etdiyi bütün hərəkətlər, sadəcə İslam Respublikasının Fələstin qruplarının rəhbərlik etdiyi bölgədəki müqavimət qruplarını dəstəkləməsindən qaynaqlanmır, Vaşinqton şahın dövründə olduğu kimi ölkəyə hakim olmaq və sərvətlərini talan etmək istəyir.

Suriya da oxşar bir vəziyyətdə idi və hərbi hədəfə çevrilməsi, ölkənin və prezidentin Fələstin işinə və müqavimət qruplarına verdiyi dəstəkdən qaynaqlanmırdı, ABŞ-ın Suriyanın enerji qaynaqlarına acgözlük etməsindən qaynaqlanırdı”.

 

Şəhid general Süleymani Putini Suriyaya girməyə inandırdı

Seyid Həsən Nəsrullah Rusiyanın əvvəlcə Suriyadakı müharibəyə girmək istəmədiyini söyləyərək, belə deyib: “Şəhid Hacı Qasım Süleymani xarizmatik düşüncəsi və xarakteri ilə, Rusiya prezidenti ilə görüşdə bir plan və həqiqi izahatla onu terrorçularla üzləşməyə və Suriya hökumətinin süqutunun qarşısını almaq üçün onu Suriya məsələsinə qarışmağa inandırdı.

İki saat davam edən görüşdə Putin şəhid Hacı Qasıma inandığını söylədi. Hacı Qasımdan eşitdiyim bu idi. Görürüsünüz, bir hekayə danışmaq istəmirəm. Mövzu tamamilə real, əsaslandırılmış və elmi idi. Hacı Qasım həqiqəti izah edərək prezident Putini inandıra bildi və bu prosesin nəticələrini aydın göstərməyi bacardı. İndi hamı Rusiyanın Suriyanın qapılarından olduğunu bilir”.

 

Şəhid Süleymaninin 33 günlük müharibədəki rolu

Şəhid Süleymaninin həm 33 günlük müharibədə, həm də sonrakı dövrlərdə əhəmiyyətli rolu oldu və bu müddət ərzində hesabat vermək üçün Dahiyyədən cəmi 48 saatlıq ayrıldı və bundan sonra Livan qaçqınlarının yerləşdirilməsi və təçhizatı məsuliyyətini üzərinə götürdü.

 

Hizbullah verdiyi sözü tutur

Seyid Həsən Nəsrullah, daha sonra Livan müqavimətinin Dəməşqin kənarında İsrail rejiminin təşkil etdiyi hava hücumunda şəhid olan döyüşçüsünün qisasının alınması ilə bağlı qərarını bir daha səsləndirib: “Vəziyyət, güc və mənəviyyat və Hizbullahın əzmi daha da artan bu dövrdə dəyişməyib və biz hələ də vədimizə əməl edirik və Əli Möhsünün Suriyada şəhid olmasına cavab verəcəyik və intiqam alacağıq”.

 

Müqavimətin raketləri iki dəfə artdı

Hizbullahın baş katibi hərəkatın sionist düşmənlə qarşı-qarşıya qalmağa hazır olduğunu yüksək qiymətləndirərək, keçən il Livanda İslami Müqavimət tərəfindən atılan raketlərin sayının iki dəfə artdığını və işğal olunmuş Fələstin bölgəsi boyunca istənilən hədəfi dəqiq şəkildə hədəfə ala biləcəyini söyləyib.

Livan hava məkanında Hizbullahın sionist İsrail rejiminin təcavüzkar pilotsuz təyyarələrinə (PUA) qarşı mübarizə qabiliyyətinə toxunaraq, belə danışıb: “Rejim Hizbullahın pilotsuz təyyarələri hədəfə almaq üçün uyğun silahlardan istifadə etdiyini bilir, lakin bu açıqlanmayıb.

Müdafiə qabiliyyəti baxımından İsrail rejiminə müəyyən dərəcədə güc göstərdik - PUA səviyyəsində. Üstəlik düşmən üçün sürpriz elementini qorumaq üçün gizli saxlanılmalıdır, ancaq bizdə mütləq bir şey var. İsrail rejimi bunun fərqində deyil. Bu gecə İsrail rejimi gedib onu axtarsın”.

 

İşğal olunmuş Fələstinin vəziyyəti

İsrail rejimində etimad böhranı, liderlik böhranı və korrupsiya böhranı və hökumət eroziyasının yaşandığını deyən Seyid Həsən Nəsrullah, belə danışıb: “Bu rejimin içindəki problem kökündədir. İndi dördüncü seçkiyə gedir. Növbədə nə var? Hacı Qasımın şəhid olduğu gün bu rejimin süni şəkildə yaradıldığını və süni şəkildə saxlandığını dedim. Razılaşmalar indi bir uğur əlamətidir, yoxsa Netanyahunun zəkası? Xeyr. Bu, İsrail rejiminin özünün uğuru deyil, Tramp və ABŞ-ın təzyiqinə işarədir və İsrail rejimi indi tamamilə böhran içindədir.

Hizbullah bu rejimə qarşı çəkindirmə tənliyini tətbiq etməli və silahlıların köçürülməsini öz üzərinə götürməlidir. Bu cavab yalnız tankları və nəqliyyat vasitələrini vurmaq və təçhizatı hədəfə almaqdırsa, bu bir çəkindiricilik olmayacaq və zədələnmiş heybəti bərpa etmək üçün lazımdır. Düzgün cavab üçün səbr lazımdır”.

 

Sərhədləri çəkmək üçün Livan ilə sionist rejim arasındakı danışıqlar

Seyid Həsən Nəsrullah Livan ilə sionist rejim arasında su sərhədləri çəkmək üçün aparılan danışıqlar barədə isə bunları deyib: “Hazırda bu danışıqlar dayandırılıb və düşünürəm ki, Trampın rəhbərliyi altında bu mövzuda bir razılaşma olacaq. Dəniz və quru haqqımız olan hər şey və Livan hökuməti onu Livan hesab edən hər şey bizim haqqımızdır”.

Seyid Həsən Nəsrullah da Livanda hökumətin qurulmasının nə üçün təxirə salındığını bununla izah edib: “Kabinetin formalaşdırılmasına görə məsuliyyəti olan baş nazir Səəd Əl-Həriri gecikmənin səbəbini tapmaqda haqlı olduğunu söyləyərək, kabinet qurma probleminin xalqın inamının itirilməsi olduğunu söylədi”.

 

İran və ABŞ

Hizbullahın baş katibi, Baydenin seçkidə qələbəsindən sonra ABŞ-ın vəziyyətinə işarə edərək, İranın müxtəlif mövzularda alınıb satılacağı və ya bölgə xalqları adına amerikalılarla danışıqlar aparacaq bir ölkə olmadığını söyləyib. O, avropalılara da bunu söyləyib: “Yəmənlilər və ya bölgədəki başqaları adından aparılan danışıqların əhəmiyyəti yoxdur.

Bəzi ölkələr işlərini açmaq və onların adından danışıqlar aparmaq istədi. İran belə deyil. İran heç vaxt kiminsə adından danışıqlar aparmaq istəməyib.

Vaşinqton İraq işinə yenidən baxmaq üçün Tehranla masada oturmaqda israr etdi. Onlar israr etdikdə, İran cavab verdi ki, iraqlılarla danışın. Əgər uyğun bilsələr, problemimiz yoxdur, ancaq iki şərtlə. Danışıqlarda İraq tərəfinin iştirakı ilə olmalıdır, ikincisi görüş açıq olmalıdır.

Suriya məsələsində də İran eynidir. Suriya tərəfinin özləri qərar verməsi üçün məsələlər qaldırır. Bu, İranın mexanizmidir. Bölgədə kimsə İranla ABŞ arasında danışıqlar və güzəştə getməyi gözləyirsə, səhvdir, kimsə İranın bölgə işlərinin ziyanına danışıqlar aparmasını gözləyirsə, səhvdir”.

 

Koronavirus peyvəndi

Hizbullahın baş katibi koronavirus peyvəndi istifadə edib etməyəcəyinə dair hələ bir qərar vermədiyini, ancaq Amerika peyvəndindən istifadə etməyəcəyini söyləyib və səbəbini bununla izah edib: “Bu, siyasi məsələ deyil. Bu tibb mütəxəssislərinin rəyindən asılıdır. Başqaları kimi, bu tamamilə tibbidir”. /3943772

 

Ad:
E-poçt:
* Comment:
* captcha: