IQNA

20:36 - December 29, 2020
Xəbər sayı: 3488948
Tehran (IQNA) -  İngiltərənin və sionizmin maddi dəstəyi ilə fəaliyyət göstərən fitnə şəbəkələrinin istehsalı "Cənnət Xanımı" və ya "Əzab Günü" filminin yayımlanacağı barədə anonslar verilib.

Tehran (IQNA) -  İngiltərənin və sionizmin maddi dəstəyi ilə fəaliyyət göstərən fitnə şəbəkələrinin istehsalı "Cənnət Xanımı" və ya "Əzab Günü" filminin yayımlanacağı barədə anonslar verilib.

Filmin hazırlanması şiə ruhanisi libasını geyinmiş ingilitərəli casus Yasir Həbib tərəfindən sifariş verilmişdir.

İngiltərədən idarə olunan Yasir Həbib şəbəkəsinin hədəfi müsəlmanlar arasınfa fitnə və təfirqə toxumu səpmək, onlara inanan sadəlövh insanları terrorizmə çəkməkdir.

Buna görə görkəmli Şiə Təqlid Mərcələri Ayətullahlar Məkarim Şirazi, Safi Gülpaygani, Nuri Həmədani, Cəfər Sübhani və digərləri buna sərt münasibət bildiriblər.

Müctəhidlərin bəyanatında deyilir ki, bu filmi hazırlayanların hədəfi əhli-sünnə qardaşlarımızın müqəddəslərini təhqir etmək və bununla da müsəlmanlar arasında fintə və təfriqə toxumu səpməkdir. Buna görə də belə bir filmi hazırlamaq, hazırlanması, yayılması və tamaşasına dəstək olmaq böyük günahdır. Xüsusi ilə indiki şəraitdə müsəlmanların arasında ixtilafa səbəb olan addımlar atmaq İslam düşmənlərinin qələbəsi deməkdir.

Bu cür işlərin ağır şəri məsuliyyəti var. Çünki İslam düşmənlərinin hiyləsi ilə hazırlanmış bu film müsəlman qanlarının axıdılmasına səbəb ola bilər. Buna görə də bu filmin hazırlanmasına kömək edənlər axıdılan müsəlman qanlarında şərikdirlər. Onlar Əhli-Beytin (ə) adından sui-istifadə edirlər və bizdən deyildirlər.

Əhli-Beyt (ə) ardıcılları həmişə dinin, Quran və Əhli-Beyt (ə) maarifinin güclənməsinə səbəb olacaq işləri görməlidirlər. Bu məsələdə zaman və məkanın tələbləri riayət edilməli, şiələrin qanının axıdılmasına səbəb olan və İslam və məzhəbləri təhqir edən işlərdən çəkinilməlidir.

Biz bu kimi fəaliyyətlərə qarşıyıq. Bu işləri İslam ümməti üçün məsləhətli bilmirik. Bu işə hər növ kömək etmək haram və şəriətə ziddir.  /3944066

Ad:
E-poçt:
* Comment:
* captcha: