IQNA

23:37 - January 02, 2021
Xəbər sayı: 3488973
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  rəbbani alim,  mücahid filosof və fəqih, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin  vəfatı münasibətilə  başsağlığı  verib.
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  rəbbani alim,  mücahid filosof və fəqih, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin  vəfatı münasibətilə  başsağlığı  verib.
Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
"Mərhəmətli və bağışlayan Allahın adı ilə!
Rəbbani alim,  fəqih və mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmməd Təqi  Misbah Yəzdinin  vəfatı xəbərini çox təssüf və kədər hissi ilə aldım. Bu itki  İslam maarifi sahəsinə və Dini Elmi Hövzəyə böyük zərbədir. 
O mərhum  görkəmli bir mütəfəkkir, layiqli bir idarəçi, həqiqəti dilə gətirməkdə bəlağətli natiq  və düz yolda əzmlə addımlayan bir şəxs idi. O, dini düşüncənin ərsəyə gəlməsində, dəyərli kitabların təlifində, seçkin və nüfuzlu şagirdlərin  yetişdirilməsində,  varlığına ehtiyac duyulduğu bütün sahələrdə inqilabçı iştirakı ilə,  həqiqətən də nadir insanlardan idi.
Ömrünün gənc illərindən sonunadək təqvalı olmaq onun həmişəlik xüsusiyyətlərindən idi.  Bu uzunmüddətli mübarizə üçün ilahi mərifət yolunda əldə etdiyi seyri-suluk Allahın ona ən böyük mükafatı idi.
Bu əziz qardaşımın vəfatına görə əzalı olmağımla yanaşı, hörmətli ailəsinə, alim və saleh övladlarına,  digər  qohumlarına, eləcə də bu böyük müəllimin şagirdlərinə və sevənlərinə və  Elmi Hövzəyə  başsağlığı verir, onun üçün ilahi rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!" /3944863
Ad:
E-poçt:
* Comment:
* captcha: