IQNA

17:39 - January 04, 2021
Xəbər sayı: 3488982
Ötən gün (3 yanvar) mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi ilə vida mərasimi İmam Rzanın (ə) müqəddəs ziyarətgahında və sağlamlıq təlimatlarına uyğun olaraq təşkil edilib.

Əllamə Misbah Yəzdinin cənazəsi ilə vida mərasiminə Ali Dini Rəhbərin Xorasan Rəzəvidəki nümayəndəsi və Məşhədin imam-cüməsi Ayətullah Seyyid Əhməd Aləm Əl-Hoda, Qüds Rəzəvi ostanının himayədarı höccətül-İslam vəl muslimin Əhməd Mərvi və bir qrup alim və xuddam ilə yerli camaat müqəddəs ziyarətgahın Rəzəvi həyətində sağlamlıq protokollarına uyğun olaraq qatılıb.

Vida mərasimi Allah kəlamının oxunması ilə başlayıb, sonra Hacı Əmir Arif bu böyük şiə alimi və filosofunun elmi mübarizələrini təsvir edən şeir oxuyub.

Ali Rəhbərin Xorasan Rəzəvidəki nümayəndəsi və Qüds Rəzəvi ostanının himayədarı mərasimdəki çıxışlarında bu böyük əllamənin elmi, tədqiqat, mədəni və dini mübarizələrini izah ediblər.

Qüds Rəzəvi ostanının himayədarı höccətül-İslam vəl muslimin Əhməd Mərvi Ayətullah Misbah Yəzdini İslam İnqilabının sütunlarından biri adlandıraraq, əllamənin inqilabı və İslamı fitnə dalğalarına qarşı mədəni baxışla müdafiə etdiyini bildirib.

Bu böyük alimin vəfat etməsi ilə əlaqədar xüsusi başsağlığını hələ İslamın rəşadətli sərdarı şəhid Hacı Qasım Süleymaniyə yas tutan Ali Dini Rəhbərə sadiq və misilsiz yoldaşlarından birini də itirdiyi üçün verilməlidir. Bu gün İnqilabın Ali Rəhbərinin xidmətində xüsusi xeyir-dua və başsağlığı verməliyik.

Ayətullah Misbah Yəzdini Maidə surəsinin 54-cü ayəsinin (Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir) nümunəsi hesab edən Qüds Rəzəvi ostanının himayədarı, belə danışıb: “Bu Rəbbani alim möminlərlə güzəştli və təvazökar idi və bu görkəmli alimin varlığında ən kiçik bir qürur və eqoizm yox idi.

Mübarək ömrünün bütün məqamlarını din biliklərinə yiyələnmək, Quran və Əhli-Beyt (ə) məlumatlarını qələmi, ifadəsi və cəsarəti ilə təbliğ etmək yolunda ən yaxşı şəkildə istifadə etdi”.

O, daha sonra Ayətullah Misbah Yəzdinin İslam İnqilabının qələbəsindən əvvəl və sonra din təlimlərini müdafiə etmək üçün apardığı mübarizələrin nümunələrini çatdırıb: “İnqilabdan əvvəl dünyadakı marksist cərəyan zirvəyə çatmış və ölkəmiz və gənc nəslimiz də bu dalğalardan təsirlənmişdi. Ayətullah Misbah Yəzdi, qələmi və danışığı ilə bu dalğaya qarşı dayanan alimlərdən biri idi.

İslam İnqilabının qələbəsindən sonra bu böyük alim də sapmış cərəyanlara və ateistlərə qarşı dayandı və ateist düşüncə sahibləri ilə mübahisələrə qatılaraq, İslam məktəbini və İslam İnqilabını məntiq və düşüncə ilə müdafiə etdi. Hər zaman düşmənlərin yaratdığı şübhələrə və fitnələrə qarşı mədəni düşüncə ilə cəsarətlə durdu və haqlı olaraq bu böyük əlamətə çox layiq olan “İnqilabın Əmmarı” adını aldı”.

Əhməd Mərvi çıxışının başqa bir hissəsində Əmirəl möminin İmam Əlinin (ə) vilayətini müdafiə etməkdə Əmmar Yasirin xarakterini izah edərək, bunları deyib: “Ayətullah Misbah Yəzdi şəkk və şübhələrə güclü və möhkəm bir məntiq ilə cavab verdi və aydın danışması ilə çoxlarını şəkk və şübhələr bataqlığından qurtardı.

İnqilabın Əmmarı din təlimlərini və İslam İnqilabının əsaslarını izah etməkdə və inqilabı və Vilayəti Fəqihi müdafiə etməkdə səhnədə həmişə mövcud oldu və ittihamçıların töhmətləri onun möhkəm dini iradəsinə və inancına zərrə qədər təsir göstərmədi.

Zahidlik və dindarlığı Allahın bu saleh bəndəsinin digər xüsusiyyətləri idi. Bu nəcib əllamə xalqın qarşısında çox az görünərdi və zahidliyi sadə və dindar bir həyatının olmasında idi.

Allahın lütfü təkcə mal, məqam, vəzifə, ad, və s. deyil. Qınayanlar tərəfindən günahlandırılmaqdan qorxmamaq, özünü üstün bilməmək, ömrünü dinə xidmət etmək və İslam təlimlərini yaymaq yolunda sərf etmək, şəkk və şübhələrə qarşı sinəsini qabağa vermək və gənc nəsli müdafiə etmək də Ayətullah Misbah Yəzdiyə verilən Allahın lütfünün nümunələridir”.

 
Ad:
E-poçt:
* Comment:
* captcha: