IQNA

22:54 - January 05, 2021
Xəbər sayı: 3488988
Tehran (IQNA) -  Müqavimət Cəbhəsinin Komandiri General-Leytenant Şəhid Qasim Süleymani və silahdaşlarının şəhadətlərinin birinci ildönümü münasibəti ilə Pişavərdə fotosərgi keçirilib.

Müqavimət Cəbhəsinin Komandiri General-Leytenant Şəhid Qasim Süleymani və silahdaşlarının şəhadətlərinin birinci ildönümü münasibəti ilə Pişavərdə fotosərgi keçirilib.

İran İslam Respublikasının Pakistanın Pişavər şəhərindəki Mədəniyyət Evində keçirilən sərginin açılış mərasimdə İran Mədəniyyət Evinin rəisi Mehran İskəndərian, Pişavər əyalət məclisinin nümayəndəsi Fəzl İlahi, Pakistanın ideoloji şurasının rəisi Qiblə Əyaz və Pişavər universitetinin rəisi Minhac əl-Həsən iştirak ediblər.

Sərgidə Pakistaın Xeybər-Puxtunxah əyalətinin müxtəlif şəhərlərindən olan incəsənət adamlarının Şəhid Qasim Süleymani ilə bağlı 11 rəsm əsəri nümayiş olunub.

Bu rəsm əsərlərində Şəhid Qasim Süleymaninin həyat tərzinin müxtəlif çalarları öz əksini tapıb.

Sərgini Pakistan və İranın müxtəlif dini, siyasi, elmi simaları və şəxsiyyətləri, həmçinin ümumi kütlə ziyarət edib. /3945942

 
Ad:
E-poçt:
* Comment:
* captcha: