IQNA

22:16 - January 25, 2021
Xəbər sayı: 3489132
“Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunam”.

“Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunam”.

“Report” xəbər verir ki, bunu Azərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığını və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən M.C.Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb.

 
Ad:
E-poçt:
* Comment:
* captcha: