Tehran (IQNA) - Müsəlman ixtiraçı alim Məşəl əl-Hərsani görmə qüsuru olanlar üçün "bril" əlifbası ilə bril həriflərini səsə çevirən elektron Quran nüsxəsi dizayn edib.
Bu barədə Səudiyyə Ərəbistanın "Hərəmeyni-Şərifeyn" (iki şərafətli və müqəddəs hərəm: Məkkə və Mədinə hərəmləri) işlərinin idarəsi təşkilatı məlumat verib.
"Hərəmeyni-Şərifeyn" işlərinin idarəsi təşkilatının nəzdində fəaliyyət göstərən "Müshəflərin İşi Üzrə Baş İdarə"sinin rəisi Ğazi bin Fəhəd Zibyani ixtiraçı ilə görüşündən sonra bildirib ki, Bril Elektron Quran Nüsxəsində görmə qüsuru olanlar üçün Quran ayələrinin qiraəti və ayələr üzərində düşünmək (şərh və təfsir) imkanları hazırlanıb.
O əlavə edib: Bu Quran nüsxəsi görmə qüsuru olanlara Quranla daha çox ünsiyyət qurmağa kömək edəcək. Bril Quran nüsxələrinin kağız versiyasının daşınması görmə qüsuru olanlar üçün çox çətin idi. Bril Quranların kağız nüsxəsi 6 cild olduğu üçün həm daşınması çətin idi, həm də baha olduğu üçün alınması. Bril Elektron Quran nüsxəsi bu problemi həll edir.
Zibyani vurğulayıb: Bril Ekeltron Quran nüsxəsində bril həriflər səsə çeivirlir. Bunun da nəticəsində görmə qüsuru olan adam Quran səhifələrini, surə və ayələrini sürətlə və asanlıqla tapa bilir. /3950942/