IQNA

Nigeriyalı keşiş: “Şeyx Zəkzəkiyə zülm insanlığa zülmdür”

17:01 - February 15, 2021
Xəbər sayı: 3489282
Nigeriyanın nüfuzlu keşişlərindən biri Con Cozef, bütün nigeriyalıları Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün səy etməyə çağıraraq, ona edilən zülmün hamıya qarşı edilən zülm olduğunu bildirib.

Nigeriyanın nüfuzlu keşişlərindən biri Con Cozef, bütün nigeriyalıları Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün səy etməyə çağıraraq, ona edilən zülmün hamıya qarşı edilən zülm olduğunu bildirib.

Ölkədəki sülh və əmin-amanlığın simvolu halına gələn Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün şiələrin yanında olduqlarını bildirən keşiş Con Cozef Farsnews-a müsahibə verib.

- Böyük xristian xadimi və Şeyx Zəkzəkinin tərəfdarı olaraq onu azad etmək üçün nə etdiniz?

- Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün dəfələrlə çalışmışıq və Şeyx Zəkzəkiyə qarşı edilən zülmə qarşı səylərimiz və danışıqlarımız davam edəcək. Məsələn, bir dəfə bir qrup jurnalistlə görüşdük və müsahibə verdik. Nigeriyada bu görkəmli dini liderin azadlığa buraxılması üçün keçirilən nümayişdə biz də iştirak etdik.

Şeyx Zəkzəki Nigeriya cəmiyyətindəki sülh və əmin-amanlığın təmsilçisidir və insan haqlarını müdafiə edir, insanlar arasında heç bir fərq qoymur, həm nigeriyalıları, həm müsəlmanları, həm də xristianları sevir.

- Bəzi xəbərlər göstərir ki, Nigeriya hökuməti İsrail rejimi ilə birlikdə Şeyx Zəkzəkiyə və İslam hərəkatına qarşı zülmdə iştirak edir. Buna münasibətiniz nədir?

- Bu məsələ məni narahat etdi və inanıram ki, bu məsələdə iştirak edən hər hansı tərəf və ya cərəyan bəşəriyyətin düşməni hesab olunur.

- Dünyanın bütün azad və azadlıqsevər insanlarına mesajınız nədir?

- Hamımız bilməliyik ki, bir adama zülm etmək, hər kəsə zülm etmək deməkdir, çünki bu adama zülm etdikdən sonra, gələcəkdə o birinin kim olduğunu bilmədiyimiz başqa bir insan əziləcək? Buna görə bütün dinlərə və qəbilələrə mənsub olan bütün nigeriyalıları hamımızın həyatına təsir edən problemlərin həllində iştirak etməyə və bu baxımdan Şeyx Zəkzəki problemini yenidən həll etmək üçün hazır olmağa çağırıram.

farsnews

captcha