IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "Şəfəqna" xəbər portalına istinadən xəbər verir ki, gənc müsəlman xanım Şayma Dəlali Böyük Britaniyada yerləşən London Universitetinin Tələbələr İttifaqının prezidenti seçilib.
O, bu vəzifəni tutan ilk müsəlman və üstəlik də ilk hicablı xanımdır.
Bundan başqa, digər 2 hicablı müsəlman xanım da ittifaqın vitse-prezidentləri seçilib.
Beləliklə də, müsəlman xanımlardan ibarət komanda bir il ərzində universitetin tələbə hərəkatına rəhbərlik edəcək.
Qeyd edək ki, Şayma Dəlali 2000-ci ildə Böyük Britaniyaya köçüb. London Universitetində oxuyaraq hüquq üzrə magistr dərəcəsinədək yüksəlib.
O deyir ki, irs kimi tunisli olan atasından ona qərarlılıq, sudanlı olan anasından isə zəhmətə olan eşq və tələbə fəallığı çatıb.