IQNA

Yaponiya jurnalı İran azan metodlarından yazdı

10:03 - April 06, 2021
Xəbər sayı: 3489570
Tehran (IQNA) -  Yaponiyada nəşr edilən ixtisaslaşdırılmış "İran" jurnalının 4-cü sayında "İslamşünaslıq" bölməsində azan verilməsi medotlarından danışılıb.

Tehran (IQNA) -  Yaponiyada nəşr edilən ixtisaslaşdırılmış "İran" jurnalının 4-cü sayında "İslamşünaslıq" bölməsində azan verilməsi medotlarından danışılıb.

Bu jurnal İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap və nəşr edilir.  

Rəngli formatda 75 səhifədə çap və nəşr edilən jurnalda İran və İslam mədəniyyəti, sivilizasiyası və tarixi öyrədilir.

Jurnalda QR kodundan istifadə edilib. Oxucular həmin QR kodunu telefonları ilə skan edərək mövzu ilə bağlı internet səhifələrinə keçid edə bilirlər.

Jurnalın 4-cü sayında "İranın musiqi dünyasında xoş gəldiniz" bölməsində İran musiqisindən, musiqi tarixindən, muğam dəzgahlarından və çalğı alətlərindən ətraflı danışılıb, İranın ənənəvi və müasir musiqi sənətində tanınmış şəxsiyyətlər tanıdılıb.

Həmin bölmədə müsəlmanların "azan"ı və azanın icra edildiyi musiqi və muğam dəzgahları barədə məlumat verilib və məşhur azərbaycanlı azançı Rəhim Müəzzinzadənin azanının QR kodu verilib. / iqna

 

Teqlər: musiqi ، azan ، QR kodu
captcha