IQNA

10:24 - April 11, 2021
Xəbər sayı: 3489596
Human Rights Watch Təşkilatı sionist İsrail rejimini Beynəlxalq Cəza Məhkəməsi ilə əməkdaşlıq etməməsini qətiyyətlə pisləyib.
Sionist rejim ordusunun Fələstin xalqına qarşı təcavüzü müharibə cinayəti və insanlığa qarşı cinayət həddindədir. 
Maide.Az "Fars" agentliyinə istinadla xəbər verir ki,  Human Rights Watch Təşkilatı sionist İsrail rejimini Beynəlxalq Cəza Məhkəməsi ilə əməkdaşlıq etməməsini qətiyyətlə pisləyib. 
Qeyd edək ki, Beynəlxalq Cəza Məhkəməsi  işğalçı İsrail rejiminin 1967-ci ildə Fələstinin işğal olunmuş ərazilərində müharibə cinayətləri törətmə ehtimalı haqqında araşdırma başlayıb. 
Fələstinin Səfa agentliyi məlumat verib ki, sionist rejim məsul şəxsləri bu rejim ordusunun hərbi cinayətlər törətdiyini bilidyi üçün Beynəlxalq Cəza Məhkəməsi ilə əməkdaşlıq etməkdən boyun  qaçırırlar.  
Xatırladaq ki, sionist rejim baş naziri Binyamin Netanyahu  bildirib  ki, Beynəlxalq Cəza Məhkəməsinin  bu haqda təhqiqat aparmağa ixtiyarı yoxdur və Tel -Əviv bu məhkəmə ilə əməkdaşlıq etməyəcək. 
Human Rights Watch Təşkilatı Beynəlxalq Cəza Məhkəməsindən istəyib ki, təhqiqatı başlatsın və siyasi təzyiqlərə təslim olmasın.  Bu cinayəti törədənlərin cəzadan boyun qaçırmasına icazə verməsin. 
Təşkilat həmçinin Avropa Birliyindən istəyib ki,  Fələstində törədilən bu cinayəti törədənlərin cəzalandırılması üçün  bu işə dəstək olsun.
Ad:
E-poçt:
* Comment:
* captcha: