IQNA

8:46 - April 20, 2021
Xəbər sayı: 3489654
Təhlükəli bir küçə ilə gedəndə dörd gözlə ətrafınıza diqqət yetirirsiniz; bax təqva da belədir. Ehtiyatlı olun, özünüzü gözləyin ki, günahdan çəkinəsiniz. Mənəvi yüksəlişin ən başlıca yolu budur.
Ramazan ayı – mənəviyyat fəsli, mənəviyyat və saflıq baharıdır. Bu ayda sizin qəlbinizin, pak ruhlarınızın məhsuldar torpağı, inşallah, ilahi lütf və mərhəmətin narın yağışı ilə sulanarsa, bu, gələcəkdə öz bəhrəsini verəcək. Əlbəttə ki, gənclər üçün mənəvi kamilləşmə fəsli heç vaxt başa çatmır.
Doğrudur, Ramazan ayının özünəməxsus cəhətləri və özəllikləri var, lakin gənclərin mənən kamilləşməsi, inkişaf etməsi hər zaman mümkündür. Gənclər bu barədə mənə dönə-dönə suallar verirlər – məktubla və ya hazırda mövcud olan əlaqə vasitələri ilə – mənəviyyat, ruhi yüksəliş və bu kimi şeylər barədə nəsihət istəyirlər. Bu gün bu mövzuda müxtəlif cür təbliğatlar aparan, “mənəvi kamilliyin büsatı” və sair bu kimi adlar altında cürbəcür fikirlər yayan insanlar çoxdur. Onların hamısına etimad etmək olmaz; bəziləri bu gəlişigözəl sözlərlə yalnız şəxsi mənfəətini güdür, riyakardır, onlara inanmaq olmaz.
Mən isə bu mövzuda böyüklərimizdən eşitdiyim bir kəlməni sizə demək istəyirəm: ruhi-mənəvi yüksəliş üçün ən vacib məsələ günahdan çəkinməkdir. Ən mühüm iş budur. Çalışın günahdan çəkinəsiniz. Günahlar da müxtəlifdir: dil ilə edilən günahlar var, gözə aid olan günahlar var, əllə edilən günahlar var – cürbəcür günahlar var.
Günahları tanıyın və özünüzü onlardan gözləyin. Təqva! Təqva da elə odur: günahdan özünü gözləmək. Təhlükəli bir küçə ilə gedəndə dörd gözlə ətrafınıza diqqət yetirirsiniz; bax təqva da belədir. Ehtiyatlı olun, özünüzü gözləyin ki, günahdan çəkinəsiniz. Mənəvi yüksəlişin ən başlıca yolu budur.
 
Əlbəttə, bundan dərhal sonra vacib əməlləri həyata keçirmək gəlir; vacib əməllər arasında da hamısından əhəmiyyətlisi namazdır; vaxtın əvvəlində, hüzuri-qəlblə qılınan namaz. Hüzuri-qəlb odur ki, namaz qıldığın vaxt kiminlə həmsöhbət olduğunu, kimə üz tutduğunu biləsən, buna diqqət yetirəsən. Bəzən namazda insanın diqqəti yayınır, eybi yoxdur. Yenidən diqqətini toplayan kimi özündə həmin haləti, yəni kimə üz tutduğunu bilmək hissini bərpa etsin və sona qədər qorumağa çalışsın; hüzuri-qəlb budur. Namazı hüzuri-qəlblə, vaxtın əvvəlində, əlindən gəldiyi qədər camaatla qılmaq – əgər bu şeylərə riayət etsəniz, mənəvi yüksəlişə nail olacaqsınız, bir mələyə çevriləcəksiniz, mələkdən də uca olacaqsınız. Bunu bilin. Siz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, çirkinliklərə bulaşmamısınız və ya çox az bulaşmısınız. Bizim yaşımıza çatanda bu baxımdan insan bir çox çətinliklərlə qarşılaşır.
Odur ki əgər bunlara riyaət etəniz, başqa heç bir nəsihətə ehtiyacınız olmaz. Hansısa xüsusi zikrlərə və bu kimi şeylərə heç bir lüzum yoxdur.
Əlbəttə, çox yaxşı olar ki, Quranla ünsiyyətdə olasınız, hər gün bir neçə ayə də olsa, hökmən oxuyasınız; bunlar çox yaxşıdır. Amma vacib əməllərə qarşı çox diqqətli olun. (Ali Rəhbər Ayətullah Xameneinin mübarək Ramazan ayında tələbələrlə keçirdiyi görüş zamanı etdiyi çıxışdan bir parça – 11 /07/ 2015.)
 
Maide.az 
Ad:
E-poçt:
* Comment:
* captcha: