
Mübarək Ramazan ayı İlahi ziyafət olaraq müsəlmanların arasında çox önəm kəsb edir və əhəmiyyətlidir.
Müsəlmanlar hər il mübarək Ramazan ayının dünyanın hər yerində öz adət və ənənələrinə uyğun milli və dini ayinlərlə qarşılayırlar.
Bu il də koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə rəğmən müsəlmanlar İlahi ziyafət ayını ağırlamağa çalışdılar və orucluğu qarşılama mərasimlərinini qismən də olsa, yerinə yetirdilər.
Müsəlmanların mübarək ayı qarşılamaqda olan şövq və sevincləri dünya mediasının gözündən kənarda qalmayıb. Bu dəfə CNN beynəlxalq peyk tv kanalının informasiya portalı müsəlmanların Ramazan ayındakı mənəvi abu-havasını əks etdirən fotolar paylaşıb. /iqna

Dubayın əl-Faruq məscidində namaz qılan oruclu

Seneqalın Massalikul Jinan məscidində iftardan sonra camaat namazı

Hindistanın "Allahabad" kəndində işçilər Ramazan şirnisi bişirirlər

Qahirənin əl-Əzhər məscidində Şam namazı

Türkiyənin kömür mədəninin işçiləri səhər duası oxuyarkən

Vaşinqtonun İslam Mərkəzində camaat namazı qılan müsəlmanlar

Qəzzanın came məscidində Quran qiraəti

Bosniyanın Sarayevo şəhərində Ramazanın gəlişi münasibəti ilə top atılması

Xorvatiyanın Zaqreb şəhər məscidində orucluların namaz qılması

Qərb Sahillərindəki Nablos şəhər bazarı iftardan az öncə