IQNA

Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

11:16 - May 15, 2021
Xəbər sayı: 3489824
Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və ADU-nun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Mayın 20-21-də Türkiyə “Eyuder” təhsil dərnəyi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunis Əmrə yaradıcılığında ortaq bağlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

ADU-dan Az.shafaqna.com-a bildirilib ki, konfransın məqsədi Nizami Gəncəvi və Yunis Əmrənin yaradıcılığının bədii-estetik və ideya-sənətkarlıq xüsusiyyətlərinin ümumtürk və Şərq-müsəlman poeziyası kontekstində müəyyənləşdirməkdən ibarətdir. Konfransın materialları kitab şəklində çap olunacaq.

Xatırladaq ki, konfransda Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim-tələbə heyəti, o cümlədən orta məktəb şagirdləri iştirak edə bilərlər. Konfrans “Zoom” platformasında keçiriləcək. İştirakçıların e-mail ünvanına link göndəriləcək.

captcha