IQNA

Ayətullah İsa Qasım: “Bu qələbə təhlükəsizliyinin xalqı ilə əlaqə qurmaqdan keçdiyini öyrətdi”

23:42 - May 22, 2021
Xəbər sayı: 3489880
Bəhreynin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım deyib ki, bu qələbə normallaşma edən hökumətlərə, təhlükəsizliyinin İsrail rejimi ilə deyil, xalqı ilə əlaqə qurmağı öyrədir.

Fələstin müqavimətinin sionist rejimə qarşı qalib gəlməsindən sonra, Bəhreyn inqilabının mənəvi lideri və bu ölkədəki Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım deyib ki, bu qələbə normallaşma edən hökumətlərə, təhlükəsizliyinin İsrail rejimi ilə deyil, xalqı ilə əlaqə qurmağı öyrədir.

Ayətullah Şeyx İsa Qasım Tvitter üzərindən yayımladığı təbrik mesajında bunları qeyd edib: “Millətin dinini, müqəddəsliklərini və izzətini qorumaq üçün düşmən İsrail rejimi ilə savaşan fələstinli qəhrəmanlara və sahib olduqları hər şeylə müdafiə və qələbəni onlarla bölüşənlərə təşəkkür edirəm.

Qəlblər Əl-Əqsaya dəstək olmaq üçün döyüşdə birbaşa iştirak etmək istəyən İslam və Ərəb xalqlarının oğullarına aiddir.

Fələstin bu gün bu qələbədən qürur duyur və hər zaman din, dini müqəddəsliklər və namus uğrunda fədakarlığa hazırdır.

Qüds, Qəzza və Fələstinin zəfəri bütün xalqın bir zəfəridir və müqavimət yolunda özünə inamlı böyük bir üstünlük verir.

Qüds qılıncının təkəbbürlü düşmən İsrail rejimi üzərində qazandığı qələbə millətin xalqına qələbə yolunun olduğunu öyrətdi. Birlik və müqavimət, razılaşmaya getmiş hökumətlərə təhlükəsizliyinin İsrail rejimi ilə deyil, xalqı ilə əlaqə qurmağı öyrədir (dərsini verir)”. Deyerler.org

captcha