IQNA

Finlandiyanın Daxili İşlər Nazirliyi hicaba sərbəstlik verdi

17:56 - May 28, 2021
Xəbər sayı: 3489928
Finlandiyanın Daxili İşlər Nazirliyi hicablı bir polis məmurunun işə qəbul edildiyini açıqlayıb.

Finlandiyanın Daxili İşlər Nazirliyi hicablı bir polis məmurunun işə qəbul edildiyini açıqlayıb.

Finlandiya Daxili İşlər Nazirliyinin mətbuat katibliyi bu barədə açıqlama verərək, bunları deyib: “Müsəlman xanımlar, bu ölkənin bütün vətəndaşları kimi, İslami geyimlərini qoruyaraq, polis kimi işə götürülə bilər”.

Finlandiya bu qərarı ilə hicablı xanımların polis xidmətində işləməsinə icazə verən üçüncü Avropa ölkəsi olacaq. Hicablı xanımlar hazırda Böyük Britaniya və İsveçdəki polis bölmələrində fəaliyyət göstərirlər.

captcha