IQNA

İmam Xomeyninin (r.ə) siyasi kursunun başlıca meyarları

19:00 - June 02, 2021
Xəbər sayı: 3489962
İmamın (r.ə) dünyanı lərzəyə gətirmiş və xalqların oyanışına səbəb olmuş şəxsiyyəti və bir lider kimi dühası məhz onun birbaşa və qətiyyətli mövqeyindədir.
Daim Həzrət Muhəmmədin (s) gətirdiyi həqiqi İslama söykənmək, İslam məktəbi çərçivəsində bəzi insanların hüsn-rəğbəti, bəzilərinin isə mənfi münasibəti ilə qarşılaşmaq, Allah-Taalanın verdiyi vədlərin mütləq həyata keçəcəyinə inanmaq, təqvaya və mənəvi şərtlərə əməl etmək, İslam İnqilabına qlobal aspektdən yanaşmaq, hər cür mühakimələrdə insanların real vəziyyətini nəzərə almaq İmam Xomeyni (r.ə) kursunun başlıca meyarlarındandır. 
 
İmamın (r.ə) dünyanı lərzəyə gətirmiş və xalqların oyanışına səbəb olmuş şəxsiyyəti və bir lider kimi dühası məhz onun birbaşa və qətiyyətli mövqeyindədir.
 
İmamın (r.ə) görüşlərində gerçək İslam zülmə qarşı mübarizə aparan, ədalətpərvər, yoxsulların tərəfində duran, məzlum və binəsib insanların hüquqlarını müdafiə edən İslamdır.
 
İmam (r.ə)  imperialist dövlətlər qarşısında qətiyyətli, sarsılmaz bir şəxsiyyət idi, amma eyni zamanda Allahın və Onun yaratdıqlarının, xüsusilə də yoxsul və zəif təbəqənin qarşısında sevgi, emosionallıq, mehribanlıq və nəzakət mücəssəməsi kimi çıxış edirdi.
 
İmamın (r.ə) qətiyyəti və ədavəti şəxsi məsələlər ucbatından yox, yalnız və yalnız İslam naminə idi. Buna görə də İmam (r.ə) xalqı təmsil edən bütün etnik qrupları, cürbəcür siyasi görüşlərə və təmayüllərə malik insanları daim mehribanlıqla bağrına basır, kommunistləri, liberalları və Qərb dövlətlərinə qəlbən bağlı olan şəxsləri isə qətiyyətlə rədd edirdi. O, irticaçıları da dəfələrlə və dönə-dönə kəskin, acı ifadələrlə mühakimə etmiş, belələrini qəbul etmədiyini bildirmişdi.
 
İmam (r.ə) istənilən qərarı qəbul edərkən mənəvi mülahizələri ön plana çəkirdi; onun hər biri işi görməkdə başlıca məqsədi yalnız Allah rizasını qazanmaq idi.
 
İmam Xomeyni (r.ə) bütün şəxsi, ictimai və siyasi məsələlərdə, hətta öz düşmənləri və əleyhdarları ilə bağlı mühakimələrində də təqva yolundan zərrə qədər olsun, sapınmazdı. Bu, hər kəs üçün, xüsusilə, İmamın (r.ə) aşiqi olan mömin və inqilabçı ruhlu gənclər üçün yaxşı bir dərsdir ki, hətta düşmənlərə və müxalif olan insanlara qarşı da tamamilə haqqa, təqvaya və ədalətə uyğun davranmaq lazımdır. (Ali Rəhbər Ayətullah Xameneinin çıxışından bir parça.)
 
Maide.az
captcha