IQNA

10:38 - June 15, 2021
Xəbər sayı: 3490063
Yəmən Həcc İşləri Nazirliyi Səudiyyə rejiminin ABŞ və sionist rejimin layihələrinə xidməti çərçivəsində xarici zəvvarların ardıcıl ikinci il həcc ziyarətinə getməsini qadağan etdiyini vurğulayıb.

Yəmənin Rəhbərlik və Həcc İşləri Nazirliyi Səudiyyə rejiminin ABŞ və sionist rejimin layihələrinə xidmət göstərməsindəki rolu çərçivəsində xarici zəvvarların ardıcıl ikinci il həcc ziyarətinə getməsini qadağan etdiyini vurğulayıb.

Nazirlik Səudiyyə rejiminin digər ölkələrin müsəlman vətəndaşlarının həcc ziyarətinə getməsinin qarşısını almasını qınayıb: “Səudiyyə rejiminin qərarı bu rejimin ABŞ layihəsi və sionist rejimin xidmətində həyata keçirdiyi aşkar rolu çərçivəsindəki sistematik bir hərəkətidir.

Səudiyyə rejimi həcci qadağan etmək əvəzinə xarici zəvvarların olması üçün doğru plan və tədbirlər qəbul etməli idi.

Həcc qadağasından bəhrələnənlər həcci özləri üçün böyük təhlükə kimi görən ABŞ və İsrail rejimi başda olmaqla İslam düşmənləridir, çünki həcc İslam ümmətinin birliyini gücləndirmək üçün Dünya İslam Konqresidir”.

Nazirlik millətləri və İslam dünyasının azad insanlarını Səudiyyə rejiminin bu özbaşına hərəkətini qınamağa dəvət edərək, belə deyib: “Çünki buna qarşı susmaq bağışlanmaz cinayətdir. Biz İslam ölkələrini bu hərəkəti qınamağa və Səudiyyə rejiminin İslamın müqəddəsliklərindən, həcc və ümrə işlərinin idarə edilməsindən əllərini kəsməyə çağırırıq.

Səudiyyə rejiminin həcc və ümrə nazirliyi şənbə günü verdiyi açıqlamasında 1442-ci hicri (2021) ilinin həcc ayinlərinin bu ölkədə yaşayan 60.000 vətəndaşın və fərdin iştirakı ilə keçiriləcəyini elan etmişdi. /iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: