IQNA

10:48 - July 13, 2021
Xəbər sayı: 3490269
Gürcüstanın Marneuli rayonunun Ağməmmədli kəndinin İmam Rza (ə) məscidində 6-sı universitet tələbəsi və 24-ü məktəbli şagird arasında dini bilgilər kitabından müsabiqə keçirilib.

Universitet tələbələri və məktəblilər arasında dini bilgilər müsabiqəsində qalib olanlara “Alulbeyt Gürcüstan”ın müdiri Hacı Faiq Nəbiyev tərəfindən hədiyyələr təqdim olunub.

Gürcüstanın Marneuli rayonunun Ağməmmədli kəndinin İmam Rza (ə) məscidində 6-sı universitet tələbəsi və 24-ü məktəbli şagird arasında dini bilgilər kitabından müsabiqə keçirilib.

Müsabiqə imtahan şəklində baş tutub və Nəbiyeva Ayşən müəllimə tərəfindən nəzarət olunub.

Müsabiqənin nəticələrinə görə, 2 nəfər birinci yerə, 2 nəfər ikinci yerə və 2 nəfər üçüncü yerə layiq görülüb.

Müsabiqənin nəticələri ilə bağlı növbəti tədbir “Alulbeyt Gürcüstan”ın Tbilisidəki Mərkəzində keçirilib.

“Alulbeyt Gürcüstan”ın  müdiri Hacı Faiq Nəbiyev müsabiqə iştirakçılarını qəbul edib və dini bilgilərin, həmçinin İslam elmlərinə yiyələnməyin faydalarından danışıb.

Tədbirin sonunda qaliblər mükafatlandırılıb, xatirə fotoları çəkilib. /Şəfəqna

 

Ad:
E-poçt:
* Comment:
* captcha: