IQNA

Müsəlmanlar bayram namazını İrlandiyanın ən böyük stadionunda qılacaqlar

14:31 - July 15, 2021
Xəbər sayı: 3490297
İrlandiya Qurban bayramının keçirilməsi üçün ölkənin ən böyük stadionunu müsəlmanların istifadəsinə verir. Qal İdman Assosiyasiyası elan edib ki, Krou Park stadionunda bayram namazı qılınacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İrlandiya artıq ikinci ildir ki, Qurban bayramının keçirilməsi üçün ölkənin ən böyük stadionunu müsəlmanların istifadəsinə verir.

“Şadıq ki, Qal İdman Assosiyasiyası və Krouk Park komandası növbəti dəfə bizə bir icma olaraq stadionda yığışaraq Qurban bayramını qeyd etmək imkanı yaradır”, – deyə İrlandiya Müsəlman Sülh və İnteqrasiya Şurasından bildirilib.

Qal İdman Assosiyasiyası elan edib ki, Krou Park stadionunda bayram namazı qılınacaq.

Qeyd edək ki, sözügedən stadion İrlandiyanın ən böyük və Avropanın 3-cü ən böyük stadionudur. /iqna

Ad:
E-poçt:
* Comment:
captcha