IQNA

18:27 - July 17, 2021
Xəbər sayı: 3490310
Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyinin təşəbbüsü və "İslami Mədəi Maarif Təşkilatının həmkarlığı ilə "Qurani-Kərimin təcvidi" mövzusunda keçirilən beynəlxalq Quran yarışları öz işini başa vurub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın "Maarifləndirmə və İrşad" Quran Birliyinin təşəbbüsü və "İslami Mədəi Maarif Təşkilatının həmkarlığı ilə "Qurani-Kərimin təcvidi" mövzusunda keçirilən beynəlxalq Quran yarışları öz işini başa vurub.

Ötən gün, Cümə günü, 16 İyul 2021-ci il, yarışların final mərhələsi keçirilib və yekun mərasimində qaliblər elan ediliblər.

Quran yarışlarında İraqın Kərbəla şəhərindən Üsamə Abdullah, Livandan Məhəmməd Əli Qasim və İran İslam Respublikasından Məcid Ənanpur sıra ilə birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

Qeyd edək ki, dünyanın 40 ölkəsindən, o cümlədən Misr, Pakistan, İraq, İran, Livan, Yəmən, Əfqanıstan və sair ölkələrdən 250 nəfər Quran qarisinin iştirak etdiyi yarışlar İyul ayının 8-də balamışdı.  / iqna

Teqlər: Quran yarışları ، təcvid ، tilavət ، livan ، iran ، misr
Ad:
E-poçt:
* Comment:
* captcha: