IQNA

19:12 - July 22, 2021
Xəbər sayı: 3490351
İsrail rejiminin Moskubia həbsxanasında saxlanıldıqdan bir neçə gün sonra bir fələstinli şəhid olub və ona elektrik kabeli ilə ağır işgəncə verildiyi iddia olunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyerler"ə istinadla verdiyi xəbərə görə, İsrail rejiminin Moskubia həbsxanasında saxlanıldıqdan bir neçə gün sonra bir fələstinli şəhid olub və ona elektrik kabeli ilə ağır işgəncə verildiyi iddia olunur.

İordan çayının qərb sahilindəki Şəfat düşərgəsindən Əbdo Yusif Əl-Xatib Ət-Təmimi adlı fələstinli gənc iyulun 18-i İsrail rejiminin qüvvələri tərəfindən həbs edilmişdi.

Səfa xəbər agentliyinin verdiyi məlumata görə, Hərbi Əsir və Azadlıq İşçiləri Komitəsinin media üzrə müşaviri Həsən Abdur Rabəh, Əbdonun Muskubia həbsxanasında saxlandığı zaman şəhid olduğunu bildirib.

O, gənc fələstinlinin şəhid olmasında sionist rejimi və həbsxana rəhbərliyini günahlandırıb.

Digər tərəfdən, Əl-Təmimi ailəsi sionist rejimin polisinin övladının həbsxanada ürək tutmasından öldüyünü iddia etdiyini açıqlayıb.

Əl-Əsir Klubunun sözçüsü Amani Sarahnə gənc fələstinliyə həbsdə işgəncə verildiyini söyləyib.

O, Anadolu xəbər agentliyinə verdiyi açıqlamasında, Fələstin Hərbi Əsirlər İdarəsinin, Əl-Xətibin ailəsindən və digər fələstinli məhbuslardan toplanan ifadələrə əsaslanaraq, Əbdo Yusif Əl-Xatib Ət-Təmimiyə elektrik kabeli ilə işgəncə verildiyini, ağır şəkildə döyüldüyünü və nəticədə infarkt keçirdiyi qənaətinə gəldiyini söyləyib.

Sarahnə daha sonra fələstinli şəhidin ölümünün dəqiq səbəbini təyin etmək üçün cəsədinin yarılmasını tələb etdiklərini bildirib.

43 yaşlı Əbdo Əl-Xətibin dörd övladı var və həyat yoldaşının hazırda hamilə olduğu deyilir.

Hərbi əsir təşkilatlarının məlumatına görə, sionist rejim 39 qadın və 155 uşaq olmaqla 4400 fələstinlini əsirlikdə saxlayır və bu əsirlərdən 500 nəfəri inzibati həbs alıb. / farsnews

 

Ad:
E-poçt:
* Comment:
* captcha: