IQNA

12:02 - July 23, 2021
Xəbər sayı: 3490352
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq Həcc ziyarətinin təhlükəsizliyi təmin etməyə qadınlar da cəlb edilib. Bu addım Bin Salmanın 2030 islahat planının tərkib hissəsidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq Həcc ziyarətinin təhlükəsizliyi təmin etməyə qadınlar da cəlb edilib.

Səudiyyə dövlətinin bu addımı vəliəhd şahzadə Bin Salmanın 2030 islahat planının tərkib hissəsidir.

Zərif cinsin nümayəndələri ziyarətgahın daxilində nizam-intizamın qorunmasına, xüsusən pandemiya şəraitində zəvvarların ictimai yerlərdə təhlükəsizlik məqsədilə riayət etməli olduqları davranış qaydalarına nəzarətin təşkil edilməsinə cəlb olunublar.

Ziyarətgahın təhlükəsizlik xidmətində çalışan Mona adlı qadın ibadət edənlərə xidmət etməyin çox nəcib və şərəfli bir vəzifə olduğunu bildirib.

Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı koronavirus pandemiyasına görə 60 min nəfərlik say məhdudiyyəti tətbiq etməklə yalnız ölkə vətəndaşlarının Həcc ziyarətinə icazə verib. /iqna

 

Ad:
E-poçt:
* Comment:
* captcha: