IQNA

17:46 - July 26, 2021
Xəbər sayı: 3490374
Həzrət İmam Əlinin (ə) İraqın Nəcəf şəhərində yerləşən müqəddəs ziyarətgahında imamət və vilayət bayramı olan Qədir-Xum bayramı üçün hazırlıq işləri görülür.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Həzrət İmam Əlinin (ə) İraqın Nəcəf şəhərində yerləşən müqəddəs ziyarətgahında imamət və vilayət bayramı olan Qədir-Xum bayramı üçün hazırlıq işləri görülür.

Zil-Hiccə ayının 18-i mübarək Qədir-Xum bayramıdır. Bu münasibətlə İmam Əlinin (ə) müqəddəs hərəminin xadimləri ziyarətgahı bayram təbdirləri üçün hazırlayırlar.

Ziyarətgahın hər tərəfinə üzərinə imamət və vilayət şüalarları və hədislər yazılmış ağ və yaşıl bayraqlar və parçalar asılıb və hər tərəf güllər ilə bəzədilib.

Hərəmin media, mədəniyyət, dini maarifləndirmə, inzibati nəzarət, tibb və sanitariya bölmələri ziyarətçilərə xidmət üçün tam hazır vəziyyətə gətirilib. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: