IQNA

9:57 - July 29, 2021
Xəbər sayı: 3490394
Həzrət İmam Əlinin (ə) hərəminin xidmətçiləri mübarək Qədir-Xum bayramı münasibəti ilə vilayət və imamət şahı ilə beyətlərini təzələyiblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Əlinin (ə) hərəminin xidmətçiləri mübarək Qədir-Xum bayramı münasibəti ilə vilayət və imamət şahı ilə beyətlərini təzələyiblər.

Beyət mərasimi səhər çağı Quran qiraəti ilə başlayıb, ardınca İmam Əlinin (ə) ziyarətnaməsi oxunub. Daha sonra isə dini musiqi qrupu sürud və dini nəğmə icra ediblər.

Mərasimdə müqəddəs hərəmin xidmətçiləri və ziyarətçilər iştirak ediblər.

Qeyd edək ki, Qədir-Xum bayramı İslamın ən böyük bayramıdır. Qədir-Xum günü, yəni Zil-Hiccə ayının 18-də İslam Peyğəmbəri (s) Allahın əmri ilə İmam Əlini (ə) öz canişini və İslam ümmətinə rəhbər təyin etmişdir.  /iqna

 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: