IQNA

Həzrəti Abbasın (ə) hərəmində əzadarlıq günləri ilə bağlı hazırlıqlar

20:18 - August 06, 2021
Xəbər sayı: 3490454
Məhərrəmliyin gəlişi münasibətilə Kərbəla şəhərində yerləşən həzrəti Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində xüsusi hazırlıqlara başlanılıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Məhərrəmliyin gəlişi münasibətilə Kərbəla şəhərində yerləşən həzrəti Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmində xüsusi hazırlıqlara başlanılıb.

Həzrəti Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin idarəsi Məhərrəm ayı hazırlıqları çərçivəsində, hərəmin səhnləri və meydanlarını, o cümlədən qara bayraqlar, qara parçalara yazılmış dualar və şüarlar, o cümlədən matəmlə bağlı plakatlar yerləşdirilməsi üçün hazırlıqlar görür.
captcha