IQNA

13:20 - August 10, 2021
Xəbər sayı: 3490486
Bir müddət öncə Moskvada yaşayan və narkotik dövriyyəsinə görə tutulan cütlük satanist olduqlarını və ayini qətllər törətdiklərini etiraf ediblər. Onlar öz baxışlarını internet üzərindən təbliğ ediblər.

Rusiyalı mütəxəssis Roman Silantyev satanistlərin törətdikləri qətllər barədə danışıb.

Xatırladaq ki, bir müddət öncə Moskvada yaşayan və narkotik dövriyyəsinə görə tutulan cütlük satanist olduqlarını və ayini qətllər törətdiklərini etiraf ediblər. Onlar öz baxışlarını internet üzərindən təbliğ ediblər.

Silantyevin sözlərinə görə, hər il Rusiyada 20-30 nəfər satanistlərin qurbanına çevrilir.

O deyib ki, ayini qətllərin üstü nadir hallarda açılır, çünki satanistlər ehtiyatlı şəkildə hərəkət edirlər və heç kimin axtarmadığı və müəyyən yaşayış yeri olmayan insanları qətlə yetirirlər.

Silantyev bildirib ki, internetdə aparılan satanizm təbliğatı ilə mübarizə aparmaq və insanları bundan qorumaq lazımdır.

Ad:
E-poçt:
* Comment:
* captcha: