IQNA

1:27 - September 19, 2021
Xəbər sayı: 3490771
Ali Rəhbər Ayətullah Xamenei bu gün İranın “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarında iştirak edərək medal qazanmış qabaqcıl idmançıları qəbul edib.

Ali Rəhbər Ayətullah Xamenei bu gün İranın “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarında   iştirak edərək medal qazanmış qabaqcıl idmançıları qəbul edib. 
Görüş İmam Xomeyni adına hüseyniyyədə sağlamlıq protokollarına uyğun həyata keçirilib. 

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün Tokio Olimpiya və Paralimpiya Oyunlarının medalçıları ilə görüşdə, İran çempionlarına səmimi təşəkkürünü bildirib və buyurublar: "İranın qürurlu idmançılarının beynəlxalq arenalarda çempionluğunun mesajı, mümkünsüz görünən işlərin mümkünlüyü mesajı, habelə cəmiyyətə və gənclərə müqavimət, ümid və sevinc mesajını aşılamaqdır".

Həzrət Ayətullaül-üzma Xamenei bu görüşdə, dünya idmanında qeyri-sağlam çempionluq nümunələrinə toxunaraq, əlavə ediblər: "Hakimlərin haqsızlıqları ilə yanaşı, rüşvət, siyasi sövdələşmə, dopinq, vətənini və özünü satmaqla qazanılan medallar qeri-sağlam çempionluğun bir neçə nümunəsidir". 

Həzrət Ayətullaül-üzma Xamenei, çempionluğun kənarında insani, dini və mənəvi dəyərlərin təzahürünü də çox dəyərli qiymətləndiriblər və olimpiya və paralimpiya oyunlarında bunlardan bir neçə nümunəyə işarə edərək, buyurublar: "İranlı qadınlar bu yarışlarda İslami hicabın idman sahəsində parlamalarına mane olmadığını sübut etdilər necə ki, bunu siyasət, elm və idarəçilik sahələrində də sübut ediblər". 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri xatırladıblar: "İranlı qadın idmançıların hicabı İslam ölkələrindən olan idmançı qadınların da yolunu açdı və hazırda 10-dan çox İslam ölkəsindən olan idmançı qadınlar hicabla idman arenalarında iştirak edirlər".

Həzrət Ayətullaül-üzma Xamenei, idman arenalarında sionist rejimin tanınmamasını çox əhəmiyyətli bir məsələ adlandırıblar və buyurublar: "Qəddar, soyqırımçı və qeyri-qanuni sionist rejimi beynəlxalq idman yarışlarına qatılaraq, legitimlik qazanmağa çalışır və dünya imperializmi də ona kömək edir, amma hörmətli idman rəsmiləri və idmançılar bu sahədə heç bir şəkildə passiv olmamalıdırlar".

O həzrət, idmançıları məhrum etmək üçün sionist rejim və tərəfdarlarının qarşılıqlı fəaliyyətlərinə diqqət çəkərək, əlavə ediblər: "İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və hüquq orqanları bu məsələni qanuni yollarla izləməlidirlər və ölkə idmançılarını və hətta yenicə məhrum edilmiş əl-cəzairli idmançılar kimi başqa ölkələrdən olan müsəlman idmançıları dəstəkləməlidirlər".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri qeyd ediblər ki,  İranın başıuca idmançıları təkcə bir medal naminə cinayətkar rejimin nümayəndəsi ilə əl sıxıb, onu praktiki olaraq, tanıya bilməzlər.

"Bu məsələnin bir tarixi var və keçmişdə başqa ölkələrin idmançıları Cənubi Afrikadakı aparteid rejiminin nümayəndələri ilə yarışmaqdan imtina edirdilər və bir müddət sonra həmin rejim yox oldu və sionist rejim də məhv olacaq", -deyə o, Həzrət əlavə ediblər. / iqna / 3998127

 

Ad:
E-poçt:
* Comment:
* captcha: