IQNA

10:02 - September 21, 2021
Xəbər sayı: 3490782
Misrin əl-Əzhər İslam Mərkəzinin "Darul-İfta" idarəsi bəyanat yayaraq Qurani-Kərimin Ərəb dilində olan mətninin Latın qrafikası ilə yazılışını haram elan edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin "Darul-İfta" idarəsi bəyanat yayaraq Qurani-Kərimin Ərəb dilində olan mətninin Latın qrafikası ilə yazılışını haram elan edib.

Bu fətvaya əsasən Qurani-Kərimin Ərəb dilində mətninin yazılışında heç bir dəyişiklik icazəli deyil və alimlər Qurani-Kərimin Ərəb dili rəsmül-xətti ilə yazılışının qorunmasında ciddi cəhdlə çalışmalıdırlar.

Misrli mühəndislərdən biri dünyanın hər bir yerində yaşayan müxtəlif irq, dil və millət qruplarına aid müsəlmanların Qurani-Kərimi hər dildə səhih və rahatlıqla tilavət etməsi üçün latın qrafikasında yeni dizayn hazırlayıb. Bu dizaynda mətnin yazılışı Latın qrafikasında, oxunuşu isə fəsih Ərəb dilində olacaqdır.

Misrli mühəndisin yeni dizaynı müsəlmanlar arasında birmənalı qarşılanmadığı və şübhələr doğurduğu üçün Darul-İfta idarəsi bu işin haram olması barədə vətva verib.  / iqna / 3998708

 

Ad:
E-poçt:
* Comment:
* captcha: