IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən Quranın Çapı və Nəşrinə Nəzarət Komitəsi uzun illər boyunca Ərəb və İslam dünyasında Qurani-Kərimin çapı və nəşrinə nəzarət etmiş və bu sahədə aktivliyi tanınmışdır.
Misrin Quranın Çapı və Nəşrinə Nəzarət Komitəsi bu sahədə fəaliyyət göstərən ən qədim mərkəzdir və indiyədək müxtəlif ölkələrin Quran nüsxələrində dəfələrlə çap xətaları və Ərəb əlifbasında "səs"lərin həriflərin üzərinə düzgün qoyulması məsələsində səhvlər aşkar etmiş və bu səhvlərin yayılmasının qarşısını almışdır.
Quranın Çapı və Nəşrinə Nəzarət Komitəsi müxtəlif ölkələrin Quran nüsxələrini rəsmül-xətt, təcvid və qiraət qaydaları əsasında yoxlayır.
Bu komitəyə Rəsmül-Xətt, Nüsxəşünaslıq, Quran elmləri, Qiraət elmi, Təcvid elmi və digər lazım olan elmlərə yiyələnmiş insanlar üzv ola bilirlər.
əl-Əzhər İslam Elmləri Mərkəzinin Quranın Çapı və Nəşrinə Nəzarət Komitəsi bütün dünyada rəsmiyyətlə tanınan etibarlı bir mərkəzdir. Buna görə də dünyanın Quran çapı və nəşri ilə məşğul olan müəssisələr çapa hazırladıqları Quran nüsxələrini nəşrdən öncə son qərarın verilməsi üçün bu mərkəzə göndərirlər. / 3999026