IQNA

21:37 - October 02, 2021
Xəbər sayı: 3490872

Qaşıqçının öldürülməsinin ildönümü münasibətilə Konqres binası qarşısında aksiya keçirilib

Səudiyyəli jurnalist Camal Qaşıqçının dostlarından və hüquq təşkilatlarından bir qrupu ABŞ-ın Konqres binası və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi qarşısında toplaşaraq, aksiya keçiriblər.

Qaşıqçının öldürülməsinin ildönümü münasibətilə Konqres binası qarşısında aksiya keçirilib

İQNA-nın məlumatına əsasən bu aksiya Qaşıqçının öldürülməsinin üçüncü ildönümü münasibətilə keçirilib və Qaşıqçının nişanlısı Xədicə Çəngiz də bu aksiyada iştirak edib.

O, ABŞ prezidenti Co Baydeni Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlində iştirak edənləri cəzalandıracağı bağlı vədini yerinə yetirməyə çağırıb.

Teqlər: qaşıqçı ، İslam ، müsəlman ، abş
captcha