IQNA

9:07 - October 17, 2021
Xəbər sayı: 3491000
İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü mərasimində xaricdən və İraqın daxilindəki müxtəlif vilayətlərdən (5.000000) beş milyondan çox zəvvar iştirak edib.

Əsgəreyn İmamlarının (ə) müqəddəs ziyarətgahının baş katibliyi bu gün verdiyi açıqlamasında, İmam Həsən Əsgərinin (ə) şəhadətinin növbəti ildönümü mərasiminə xaricdən və ölkə daxilindəki müxtəlif vilayətlərdən (5.000000) beş milyondan çox zəvvarın qatıldığını açıqlayıb.

Əsgəreyn İmamlarının (ə) müqəddəs ziyarətgahının Media Departamentindən verilən açıqlamada belə qeyd edilib: “Hicri 1443-cü il 1 Rəbiyəl-əvvəl (8.10.2021) ilə 8 Rəbiyəl-əvvəl (15.10.2021) arasındakı günlərdə səlahiyyətli orqanların verdiyi məlumatlara görə müqəddəs ziyarətgahı ziyarət edən zəvvarların ümumi sayı təxminən 5.000000 ziyarətçiyə çatıb”.

O, həmçinin 370 könüllü, 35 media qurumu ilə 300-dən çox media işçisi, 700-dən çox xidmət alayı və müqəddəs ziyarətgahla əməkdaşlıq edən 69-dan çox təşkilatın matəm günlərində xidmət etdiyini bildirib. / deyerler

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: