IQNA

7:13 - October 21, 2021
Xəbər sayı: 3491029
Karn Armstrong qələmə aldığı "Məhəmməd: İslam peyğəmbərinin həyatı" adlı kitabında çalışıb ki, qərblilər üçün İslam və Peyğəmbər (s) barəsində daha öncə eşitdiklərindən fərqli və doğru təsəvvür yaratsın.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Katolik əqidəli irlandiyalı araşdırmaçı yazar xanım Karn Armstrong qələmə aldığı "Məhəmməd: İslam peyğəmbərinin həyatı" adlı kitabında çalışıb ki, qərblilər üçün İslam və Peyğəmbər (s) barəsində daha öncə eşitdiklərindən fərqli və doğru təsəvvür yaratsın.

Dinlərarası dialoqun tərəfdarı və təbliğatçısı olan bu xanım düşünür ki, Məhəmmədin (s) şəxsiyyəti Salman Rüşdünün iddia etdiyindən daha fərqlidir və Həzrət Məhəmmədi (s) arif, həkim, uzaqgörən və kamil insan, düşünür, mütəfəkkir, siyasi və ictimai islahatçı kimi təqdim edir.

تلاش برای نشان دادن حقیقت زندگی پیامبر اسلام (ص)

Karn Armstrong (1944, İngiltərə) 17 yaşında (1962) monastıra daxil olur. Burada psixoloji və fiziki təzyiqlərə məruz qalan Karn dini təhsilini başa vurduqdan sonra 1969-da  Oksford universitetini oxuyan zamann monastırla əlaqəsini kəsir. Amma dini araşdırmalarını müxtəlif dinlər barədə mütaliə ilə davam etdirir. Dünyadakı aparıcı dinlərin müştərək dəyərləri üzərində işləyir və bu qənaətə gəlir ki, bütün dinlər şəfqət, mehribanlıq, sülh və qarşılıqlı əxalq üzərində təkid edir.

Karn 2008-ci ildə SAPLİNG fondunun idarə etdiyi "TED"in (Technology Entertainment, Design) 100 min dollarlıq mükafatını qazandıqdan sonra "Beynəlxalq Şəfqət və Mehribanlıq Nizamnaməsi"ni təsis edir.

تلاش برای نشان دادن حقیقت زندگی پیامبر اسلام (ص)

Armstrong dini zəmində bir çox elmi kitab və məqalələrdə, o cümlədənn "Allahın tarixi" (A History of God, 1993), "Məhəmməd: İslam Peyğəmbərinin həyatı" (Muhammad: A Biography of the Prophet), "Məhəmməd: Bizim zamanımız üçün Peyğəmbər" (Muhammad: A Prophet for Our Time, 2006), həqiqi tövhid, Orta Şərqdə din, İslam dini barədə həqiqi təsəvvürlər, buddizm, induizm (hindu), dinlərarası müqayisə, qərblilərin müsəlmanlar barədə təsəvvürləri, 2001-ci ilin 11 Sentyabr hadisəsinin qərblilərin İslam və müsəlmanlar barədə düşüncələrində təsiri, qərbda İslam dininin qətl və qorxu dini kimi tanıtdırılması kimi mövzuları ələ almış və bu mövzular barədə qərblilərdə daha doğru təsəvvür yaratmağa çalışmışdır. / 4004658

Ad:
E-poçt:
* Comment:
* captcha: