IQNA

7:20 - October 21, 2021
Xəbər sayı: 3491030
Tanzaniya prezidenti Samiyə Suluhu-Həssən İordaniyanın “Muslim 500” nəşri tərəfindən ilin müsəlman qadını elan edilib.

Tanzaniya prezidenti Samiyə Suluhu-Həssən İordaniyanın “Muslim 500” nəşri tərəfindən ilin müsəlman qadını elan edilib.

Qeyd edək ki, sözügedən statistikada ilin 500 ən nüfuzlu müsəlmanı barədə məlumat olur.

Xanım Samiyə Tanzaniyanın ilk qadın prezidenti seçildiyi üçün ilin müsəlman qadını adına layiq görülüb.

Maraqlı bir məqam da budur ki, Tanzaniya əhalisinin 55-60 faizi xristian və 30-32 faizi isə müsəlmandır.

61 yaşlı müsəlman prezident dininə əməl edən hicablı bir xanımdır.

Bundan başqa, stastika müəllifləri onun ölkə iqtisadiyyatının özəl sektoruna yeni investisiyalar cəlb etməklə bağlı rolunu da qeyd ediblər.

Ad:
E-poçt:
* Comment:
* captcha: