IQNA

15:16 - October 23, 2021
Xəbər sayı: 3491046
Media mənbələri 40 mindən çox fələstinlinin Əl-Əqsa məscidində olduğunu və cümə namazının qılındığını bildiriblər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Qüds İslami Vəqflər İdarəsi bildirib ki, sionist rejim hərbçiləri tərəfindən tətbiq olunan bütün məhdudiyyətlərə və təhlükəsizlik tədbirlərinə baxmayaraq, İordan çayının qərb sahili və işğal olunmuş ərazilərdən minlərlə fələstinli cümə günü səhər tezdən cümə namazı qılmaq üçün Beytül-Müqəddəsə axın ediblər və cümə namazını qılıblar

Sionist rejim hərbçiləri son aylarda İordan çayının qərb sahili və Qəzzə zolağında yaşayan fələstinlilərin Əl-Əqsa məscidinə girişi üçün ciddi təhlükəsizlik tədbirləri tətbiq ediblər və onlara bu məkana girişinə icazəsi vermirlər. 

Bu qadağalara baxmayaraq, fələstinlilər müxtəlif münasibətlərdə on minlərlə nəfərlik qruplar çərçivəsində Əl-Əqsa məscidinə daxil olurlar. 

Ad:
E-poçt:
* Comment:
* captcha: