IQNA

Qadınlar üçün beşinci Dubay Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

11:56 - November 03, 2021
Xəbər sayı: 3491118
Qadınlar üçün beşinci Dubay Beynəlxalq Quran Müsabiqəsi, 2021-ci il noyabrın 20-dən 27-dək Dubay Mədəniyyət və Elm Zalında keçiriləcək.

 Dubay Beynəlxalq Quran Müsabiqəsi İQNA, "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Dubay Beynəlxalq Qurani-Kərim "Cayizə" İnstitutu məlumat yayıb ki, "Şeyxə Fatimə Bint Mübarək" müsabiqəsi adlanan bu müsabuqə, 2021-ci il noyabrın 20-dən 27-dək Dubay Mədəniyyət və Elm Zalında keçiriləcək. Bu 5-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinə hazırlıq, sona çatıb.

Dubay hökmdarının mədəni və humanitar məsələlər üzrə müşaviri və Dubay "Cayizə" Müsabiqə Komitəsinin sədri İbrahim Məhəmməd Buməlhə, "Şeyxə Fatimə bint Mübarək" müsabiqəsini əsas yarışlardan biri adlandıraraq, deyib: "Bu müsabiqə, BƏƏ-nin anası Şeyxə Fatimə Bint Mübarəkin şəxsiyyətini təqdir etmək üçün təşkil olunub. Çünki o, Quran hafizlərini dəstəkləyən bir xanım olub.

Həmçinin bir çox ərəb ölkələrində və İslam dünyasında xeyriyyəçilik və humanitar işlərlə məşğul olub.

O, qeyd edib ki, bu müsabiqədə 40-dan çox ölkədən və dünyanın İslam icmalarından olan Quran hafizi qadınlar iştirak edəcəklər. Yaxın günlərdə bu rəqəm daha da artacaq.

4010066

captcha