IQNA

İordaniyanın bütün məscidlərində yağış namazı qılınıb

11:48 - November 06, 2021
Xəbər sayı: 3491141
İordaniyalı ibadətçilər, cümə namazından sonra bütün İordaniya məscidlərində yağış namazı qılıblar.

İQNA, "Rusya Əlyəvm"-ə istinadən xəbər verir ki, İordaniyanın vəqflər, islam müqəddəsləri və işləri naziri Məhəmməd əl-Xəlaylə ölkə vətəndaşlarına müraciət edib. Quraqlıq səbəbindən, onlardan sağlamlıq protokollarına riayət edərək, cümə günü yağış namazı qılmalarını istəyib.

Əl-Xəlaylə, İordaniya vətəndaşlarını belə şəraitdə tövbə, istiğfar edərək və Peyğəmbərin (s) sünnəsinə əməl etməklə yağış namazı qılamaq üçün hazırlaşmağa çağırıb.

Bu məqsədlə, İordaniyanın bütün məscidlərində cümə namazından sonra sağlamlıq protokollarına uyğun olaraq yağış namazı qılınıb.

4010819

captcha