IQNA

Dünyanın böyük məscidlərində günəş enerjisindən istifadə zərurəti

15:01 - November 20, 2021
Xəbər sayı: 3491227
Greenpeace Qrupu son hesabatında Məscidül-Haram kimi dini yerlərdə günəş panellərinin quraşdırılmasının yer kürəsinin qorunmasına kömək edə biləcəyini bildirib.

"İQNA", "The National News"-a istinadən xəbər verir ki, Greenpeace ekologiya təşkilatı, Yaxın Şərq, Afrika, Asiya və Avropada 10 böyük məsciddə günəş panellərinin quraşdırılması ildə minlərlə ton karbon qazı emissiyasının qarşısını alacaq.

Bu ətraf mühiti qoruyan qrupun hesabatında texniki cəhətdən hərtərəfli təhlil edilən məscidlər arasında Məkkədəki Məscidül-Haram və Mədinədəki Məscidün-Nəbi də var.

Bu yaxınlarda Cop26 İqlim Dəyişikliyi Konfransının keçirildiyi Şotlandiyanın Qlazqo Mərkəzi Məscidi "The Islamic Relief"-in maliyyə dəstəyi ilə günəş panelləri quraşdırır.

Həmçinin deyilib ki, Yaxın Şərq və Şimali Afrikada 10 böyük məsciddə günəş panelləri quraşdırılsa, karbon qazı emissiyaları ildə 12025 ton azalacaq. Ən böyük qənaət ildə 3199 ton karbon qazı buraxan Məscidün-Nəbidə olacaq.

Hesabatda adı çəkilən digər məscidlər arasında Qahirədəki Əl-Əzhər məscidi, Kasablankadakı 2-ci Kral Həsən məscidi, Lahor Böyük Məscidi və Əlcəzairdəki Böyük Məscid də var.

4013119

captcha